isaznow.com
Az Iw En Ru

Ermənistan iflas durumda olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi

BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023- cü il tarixli növbədənkənar iclası birmənalı
olaraq Azərbaycanın daha bir qələbəsi kimi qiymətləndirilməlidir. Keçirilən dinləmələrdə bir daha
müəyyən olundu ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı
təbliğatı əsassız və sübutu olmayan iddialardan ibarət növbəti avantüradır. Rəsmi İrəvan növbəti dəfə
Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi və Laçın-Xankəndi yolunun beynəlxalq güclərdən
istifadə edərək açılması üçün əlində olan bütün imkanları səfərbər etsə də, buna nail ola bilmədi.
Ermənistan həm növbəti dəfə ciddi məğlubiyyətə uğradı, həm də beynəlxalq müstəvidə təsir
imkanlarının tükəndiyini və dövlət olaraq iflas durumda olduğunu bir daha bütün dünyaya nümayiş
etdirdi.
Rəsmi İrəvan Təhlükəsizlik Şurasına müraciətinə hansısa bir zəmin yaratmaq üçün bir neçə ay
ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədilə riyakar kampaniya
aparıb: “İlk növbədə qeyd olunmalıdır ki, Ermənistanın riyakarlığını təsdiqləyən ən böyük sübut bu
ölkənin 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına
açıq-aşkar məhəl qoymadığı halda, indi bu qurumdan yardım diləməsi faktının özüdür. Hərçənd bu,
ermənilər üçün adi bir haldır. Lakin bu dəfə onlar öz niyyətlərinə nail ola bilmədilər. Qarabağda
müvəqqəti mövcud olan separatçı rejimin və Ermənistanın gözləntilərinin əksinə olaraq, keçirilən
müzakirələrdə iştirak edən dövlətlər nə xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, nə
qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, nə Qarabağda yaşayan ermənilərə qarşı aclıqla
təhdid edilən soyqırımının törədilməsindən, nə də ölümlə nəticələnən aclıq hallarının baş verməsindən
bəhs etdilər. Azərbaycanın daha bir uğuru da bu oldu ki, Ermənistanın təşəbbüsü ilə BMT
Təhlükəsizlik Şurasının gündəliyinə gətirilən iddiaların nəticə almaması, onun bu məsələləri bir daha
hansısa beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi.
BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın tezislərinin heç bir dövlət
tərəfindən dəstəklənməməsi birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin bariz
nəticələrindən biridir: “Əslində, TŞ-də keçirilən müzakirələrin nəticələri gözlənilən idi. Məsələ
bundadır ki, Ölkə Prezidenti İlham Əliyevin məhz strateji düşüncəni ön planda tutaraq həyata keçirdiyi
düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu Ermənistanın son ümidlərinin də puça çıxmasını
öncədən şərtləndirmişdi. Bundan başqa, möhtərəm dövlət başçımız dəfələrlə bəyan edib ki, Azərbaycan
hökuməti Qarabağda yaşayan bütün sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq
yaşayış şəraiti yaratmaq əzmindədir. TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı
çıxışları da məhz Azərbaycanın mövqeyini bir qədər də gücləndirdi və ərazi bütövlüyünün təmin
edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası
Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara “müstəqil
Artsax” adlı dövlət qurumunun olmayacağını qəti şəkildə bildirdi və bununla da rəsmi İrəvanın
manipulyasiyalarına aldanmadığını nümayiş etdirdi” .
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri


05:33 21.08.2023