isaznow.com
Az Iw En Ru

Azərbaycanın Ermənistanın əsl üzünü dünya ictimaiyyətinə nümayiş etdirir

Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz
təcavüzkar siyasətini həyata keçirmiş, Azərbaycan xalqı erməni millətçiləri trəfindən soyqırım və etnik
təmizləmələrə məruz qalmışdır.
Azərbaycan 2020-ci ildə, İkinci Qarabağ-Vətən Müharibəsindən sonra Cənubi Qafqazda
davamlı sülhün təmin olunmasını, habelə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata
keçirir, eyni zamanda regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli
və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir.
Postmüharibə çağırışlarını nəzərə alaraq Azərbaycanın çoxvektorlu xarici siyasətində ölkəmizin
sülh və ədalət prinsiplərinin dönməz olduğu bir daha xarakterizə olunur. Bu prosesə şəxsən Prezident
İlham Əliyevin rəhbərliyi ölkə başçısının müəyyən etdiyi və icazə verdiyi bütün formatlarda keçirilən
görüşlərin məsuliyyətini daha da artırdı.
Son üç ildə xarici diplomatiyamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış işlər,
Cənab Prezidentin Brüssel və Moskva formatında görüşləri, Azərbaycan-Ermənistan XİN rəhbərləri
arasında Vaşinqton formatında keçirilən görüşlər nəticə etibarı ilə bizim haqlı tərəf olduğumuzu, ərazi
bütövlüyü və suverenliyimizin dünya dövlətləri tərəfindən dəstəkləndiyini  ortaya qoydu.
Cəbhədə əldə edilmiş uğurlardan sonra Azərbaycanın ardıcıl diplomatik qələbələri Ermənistanın artıq
əsl üzünü dünya ictimaiyyətinə nümayiş etdirməyə vadar edir.
Ermənistanın özünü aldatmaq, sülh prosesinə zərbə vurmaq və vaxt qazanmaq üçün əl atdığı
hiylələrdən biri də keçdiyimiz günlərdə ifşa olundu. Belə ki, 16 avqust tarixində ABŞ-nın Nyu-York
şəhərində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə Azərbaycanın öz suveren
ərazisində, Qarabağda guya hər-hansı “humanitar böhran” vəziyyətinin mövcud olduğu ilə bağlı
çağırılan təcili iclası bir daha göstərdi ki, Azərbaycan məhz BMT TŞ-nın 4 qətnaməsini rəhbər tutaraq
və təkbaşına icra edərək regionda tamamilə yeni reallıqlar yaradıb. Həmin iclasda bu reallıq əsaslı
olaraq tərəfimizdən göstərilmiş, bütün siyasi dairələrə bildirilmişdir ki, proseslər yalnız Ermənistanla
Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə yekunlaşa bilər.
Sevindirici haldır ki, illərdir Azərbaycana qarşı yönəlmiş ikili standartlara, riyakarlıqlara
baxmayaraq, dünya birliyi hələ də ədalət prinsipinin nə olduğunu unutmayıb.
Təşkil olunmuş “tamaşanın” nəticəsində Azərbaycanın haqlı olduğu bir daha sübut olundu.
Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəklədi, Qarabağda
məskunlaşmış ermənilərə çağırış etdi ki, onlar nəinki Azərbaycanın qanunları çərçivəsində həyatlarını
davam etdirməyə hazır olmalı, eyni zamanda bu istiqamətdə artıq konkret addımlar atmalıdırlar.
Əminliklə deyə bilərik ki, sülhün əldə olunması üçün Ermənistanın artıq bir bəhanəsi qalmayıb,
hal-hazırda Xankəndi və ətraf rayonlarda məskunlaşan ermənilər onlara təqdim olunan bu tarixi şansı
əldən qaçırmamalı, sülh müqaviləsinin imzalanması üçün tezliklə hərəkətə keçməlidirlər.
Qönçə Cahangirova,
N.Nərimanov adına 2 saylı Sabirabad şəhər tam orta məktəb-liseyin ingilis-alman dili müəllimi


03:32 21.08.2023