

Avqustun 1-də “Euronews” telekanalınin “Qlobal dialoq” proqramında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Suşa şəhərində kanalın beynəlxalq müxbiri Aneliz Borjeslə
müsahibəsi efirə verilib. Dünyanın əksər ölkələrində yayımlanan “Euronews” telekanalında göstərilən
müsahibə geniş ictimaiyyət tərəfində böyük maraqla qarşılanıb.
Prezident İlham Əliyev müsahibəsində ölkəmizin mövqeyini bir daha nümayiş etdirib.
Azərbaycan – Ermənistan arasında danışıqlar prossesinə ətraflı toxunan ölkə başçısı Brüssel
görüşlərindən danışıb. Qeyd edib ki, danışıqların Avropa İttifaqının paytaxtında keçirilməsi Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü olub və ölkəmizin rəhbəri bu dəvəti qəbul edib. Çünki
Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistan ilə sıx əməkdaşlıq əlaqələri vardır və buna görə
də Avropa İttifaqının bu işlərdə fəal olması təbiidir. “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola
bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə,
həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin
Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu
vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda
biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, – deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, bu görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir:
“Məsələn, sərhədlərin gələcək parametrləri – Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən
olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd
necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı
İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim
Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.
Prezident İlhan Əliyev müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə
bağlı növbəti açıqlamasını verərək bildirib ki, “Əgər Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən
bütün iddialarını kənara qoysa, onda biz tezliklə sülh variantını tapa bilərik”.
Hazırda sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Dövlət rəhbərlərinin görüşləri
isə yaxşı mühit yaradır. Vurğulanıb ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma olsa, onlar
Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar bu ilin sonunadək
sülh variantı tapıla bilinər.
Cənab Prezident müsahibəsində bildirib ki, ölkəmizin Ermənistana qarşı hər hansı bir ərazi
iddiaları yoxdur. Dövlət başçısı bildirib ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq: “Çünki bizim
Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi
iddialarının olmamasını istəyirik”.
“Euronews” telekanalına müsahbəsində Prezident İlham Əliyev həm də Ermənistandakı
ermənilərə müsaj ünvanlayaraq bildirb ki, biz onların dövləri ilə sülh istəyirik.
“Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın
dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən
güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv
etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar
qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ
erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət,
dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal
həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr,
məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, – deyə Prezident İlham Əliyev
bildirib.
Ölkə başçısı öz müsahibəsində 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəyə xüsusi olaraq
toxunaraq bildirdi ki, “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o
uğurla başa çatdı. Biz müharibədə qalib gəldik”.
“Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq.
Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı
ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların
nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı
milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə
dair seçim etməlidirlər”, – deyə Prezident İlham Əliyev bildirib.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi