isaznow.com
Az Iw En Ru

“Euronews” telekanalında göstərilən müsahibə geniş ictimaiyyət tərəfində böyük maraqla qarşılanıb

Avqustun 1-də “Euronews” telekanalınin “Qlobal dialoq” proqramında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Suşa şəhərində kanalın beynəlxalq müxbiri Aneliz Borjeslə müsahibəsi efirə verilib.
Dünyanın əksər ölkələrində yayımlanan “Euronews” telekanalında göstərilən müsahibə geniş ictimaiyyət
tərəfində böyük maraqla qarşılanıb.
Prezident İlham Əliyev müsahibəsində ölkəmizin mövqeyini bir daha nümayiş etdirib. Azərbaycan –
Ermənistan arasında danışıqlar prossesinə ətraflı toxunan ölkə başçısı Brüssel görüşlərindən danışıb. Qeyd edib
ki, danışıqların Avropa İttifaqının paytaxtında keçirilməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin
təşəbbüsü olub və ölkəmizin rəhbəri bu dəvəti qəbul edib. Çünki Avropa İttifaqının həm Azərbaycan, həm də
Ermənistan ilə sıx əməkdaşlıq əlaqələri vardır və buna görə də Avropa İttifaqının bu işlərdə fəal olması təbiidir.
“Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı
hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir,
çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu
görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki
durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, – deyə Prezident İlham
Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, bu görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir: “Məsələn,
sərhədlərin gələcək parametrləri – Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet
İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real
vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi
nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız
olsun. Lakin bu, hələ də baş vermir”.
Prezident İlhan Əliyev müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı
növbəti açıqlamasını verərək bildirib ki, “Əgər Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün
iddialarını kənara qoysa, onda biz tezliklə sülh variantını tapa bilərik”.
Hazırda sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Dövlət rəhbərlərinin görüşləri isə
yaxşı mühit yaradır. Vurğulanıb ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma olsa, onlar Azərbaycanın
ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar bu ilin sonunadək sülh variantı tapıla
bilinər.
Cənab Prezident müsahibəsində bildirib ki, ölkəmizin Ermənistana qarşı hər hansı bir ərazi iddiaları
yoxdur. Dövlət başçısı bildirib ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq: “Çünki bizim Ermənistana
qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını
istəyirik”.
“Euronews” telekanalına müsahbəsində Prezident İlham Əliyev həm də Ermənistandakı ermənilərə
müsaj ünvanlayaraq bildirb ki, biz onların dövləri ilə sülh istəyirik.
“Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək
lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna
sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün,
nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin
arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki,
təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin
edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha
manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən
öz sözümə əməl edirəm”, – deyə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı öz müsahibəsində 44 günlük
Vətən müharibəsindəki Şanlı Qələbəyə xüsusi olaraq toxunaraq bildirdi ki, “Müharibədə qalib gəlmək mənim
həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik”.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


01:16 04.08.2023