isaznow.com
Az Iw En Ru

Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha bu məqamı böyük
qürur hissi ilə qeyd etdi ki, müharibədə qalib gəlmək siyasi həyatının missiyası idi və uğurla başa çatdı.
Müharibədə qalib gəldik, ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Eyni zamanda, bu çağırış da
edildi ki, Ermənistan sülh istəyirsə, ona nail olacağıq. Çünki Ermənistana qarşı hər hansı bir ərazi
iddialarımız yoxdur. Onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda,
hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar
Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları
olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Onlara seçim
hüququnu veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları, ya da heç kim
tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşları olaraq bizim ərazidə
necə yaşaya bilərlər? Bu yanaşma legitim yanaşmadır, beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma,
həmçinin separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə
uyğundur.
Azərbaycan hər addımında sülh tərəfdarı olduğunu nümayiş etdirir. Ermənistan isə
himayədarlarının dəstəyinə arxalanaraq 30 illik işğal dövründə yaşananların təkrarlanmasına çalışır.
Belə ki, işğalçı dövlət ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən
görüşlərdə sülh təklifini dəstəkləsə də, hələ də konkret addım atmaq istəmədiyi diqqətdən kənarda
qalmır. Hansı ki, Azərbaycan sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını bəyan edib”.
Regionun inkişafında dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla
Azərbaycan arasında münasibətlərin normallaşması əsasdır: “Bu baxımdan Ermənistan Azərbaycanın
irəli sürdüyü sülh təşəbbüsünü dəstəkləməlidir. Prezident İlham Əliyev “Euronews” telekanalına
müsahibəsində regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən
təşəbbüslər haqqında geniş bəhs etdi. Bildirdi ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma
görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara
qoysalar, onda tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.
Dövlət başçısı İlham Əliyevin “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına
bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq” fikirlərinə söykənərək xalqımızın işğal
dövründə yaşadığı faciələri, torpaqlarımızda törədilən vəhşilikləri, dağıntıları diqqətə çatdırıb: Bütün
tikililər dağıdılmış, tarixi və dini abidələrimiz yerlə-yeksan edilmişdir. İşğaldan azad edilmiş
ərazilərimiz bu vəhşiliklərin təqdimatıdır. Hazırda bu ərazilərimizdə dağıntıları genişmiqyaslı bərpa-
quruculuq işləri əvəz edir. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Soydaşlarımızın dogma
yurd-yuvalarına qayıdışları davamlı xarakter daşıyır. Belə ki, Zəngilanın Ağalı və Tərtər rayonunun
Talış kəndləri sakinlərinə qovuşub. Laçın şəhərinə soydaşlarımızın qayıdışı mərhələli şəkildə davam
edir. Bütün bunlar Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu, yenilməzliyini, məğrurluğunu
nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin yaratdığı bütün mifləri dağıtdı.
Elsevər Xancanov,
Sabirabad RİH başçısının Həşimxanlı kənd İƏD üzrə nümayəndəsi


00:16 04.08.2023