isaznow.com
Az Iw En Ru

Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə tabe olmalıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews”
televiziyasının “Qlobal dialoq” proqramının beynəlxalq müxbiri Aneliz Borjesə geniş müsahibə verib.
Həmin müsahibə avqustun 1-də “Euronews” kanalında yayımlanıb.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan – Ermənistan arasında danışıqlar prossesinə
ətraflı toxunaraq qeyd edib ki, danışıqların Avropa İttifaqının paytaxtında keçirilməsi Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü olub və ölkəmizin rəhbəri bu dəvəti qəbul edib. Çünki
Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistan ilə sıx əməkdaşlıq əlaqələri vardır və buna
görə də Avropa İttifaqının bu işlərdə fəal olması təbiidir. “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı
vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara
söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə
Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş
Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik,
çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, – deyə
Prezident İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti öz müsahibəsində Laçın yolundakı vəziyyət barədə də danışıb. Bildirib
ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq
təşkilatın da Bakıya tabe olması bizim legitim tələbimizdir. Dövlətimizin başçısı vurğulayıb ki, Qırmızı
Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə deyil, İrəvandakı ofisə tabe olması yolverilməzdir.
BQXK-nin Qarabağda yerləşən ofisləri İrəvandakı ofisə tabedir. Bu, həmin təşkilatın ermənilərin təsiri
altında olduğunu göstərir. Bu da bəzən problemlər yaradır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub,
sərhədlər şərti də olsa məlumdursa, niyə BQKX-nin ofisi Bakıdan sonra Qarabağa yaxın digər
bölgələrdə olmasın?!
“Aprelin 23-dən – sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən
artıq sakini Ermənistana asan şəkildə gedib gəliblər”, – dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və Azərbaycan
sərhədçilərindən birini yaraladı: “Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra
təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan
xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının
yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar
olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət
daşımırlar… Lakin bu yük maşınlarının üzərində də, sürücülərin uniformaları üzərində də Qırmızı
Xaçın emblemləri var idi”.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də boynuna alıb ki, humanitar yardım adı altında
bəzi qanunsuz mallar daşınıb. Rəhbərliyi də bunu təsdiq edib. BQXK qaçaqmalçılıq hallarının
sürücülərin əli ilə baş verdiyini iddia edir. Lakin hər bir halda bu kimi qanunsuzluqlara görə BQXK
məsuliyyət daşıyır.
Əgər Azərbaycanda yaşayan hansısa etnik azlığa humanitar yardımlar edilirsə, buna vasitəçilik
edən qurumun ofisi də Ermənistana deyil Bakıya tabe olmalıdır.
Elman Əsgərov,
Sabirabad rayon sakini, gənc sahibkar


23:12 03.08.2023