

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group”
media korporasiyasına müsahibə verib və dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China
Global Television Network” televiziya kanalında yayımlanıb.
Müxtəlif sahələrə aid sualları cavablandıran Prezident İlham Əliyev öz müsahibəsində
Azərbaycan – Çin arasındakı dostluq və əməkdaşlıq əlaqələrinə geniş yer ayırıb. Ölkə başçımız xarici
siyasət prioritetlərinə toxunarkən Azərbaycan və Çin siyasətləri arasında və istənilən digər istiqamətdə
bir çox oxşarlıqların olduğunu bildirib. Qeyd edib ki, “Son zamanlar bizim münasibətlərimiz daha da
intensivləşib və əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və
inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı
səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və
partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır”. İkitərəfli əlaqələrin
gələcəyindən danışarkən cənab bildirib ki, Azərbaycan və Çin arasında yekdil siyasət vardır. Bir daha
təsdiq edib ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır.
Prezident İlham Əliyev Çin Xalq Respublikasınını Prezidenti Si Cinpinlə görüşlərinə toxunaraq
bildirdi ki, “Mənim Prezident Si Cinpinlə həm Çində, həm də beynəlxalq tədbirlər çərçivəsində
dəfələrlə görüşmək imkanım olub. Ona dərin ehtiramım var. Onun uzaqgörənliyi, zəkası, səmimiliyi və
ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması məndə hər zaman dərin təəssürat yaradıb.
Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var və həmin gündəlik təbii olaraq
Azərbaycanın gündəliyindən daha genişdir”.
Qeyd edilib ki, Çin rəhbəri cənab Si Cinpin Prezident Si Cinpin İnsan olaraq o, çox mehriban,
hörmətcil və səmimi adamdır və şəxsən mən onunla təmasdan çox razıyam. O, olduqca məsuliyyətli
şəxsdir və çox uğurlu xarici siyasət bunun nəticəsidir. Dünyada Çinin dostlarının sayı ildən-ilə artır və
bu, məhz Si Cinpin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir.
Müsahibəsində bir neçə il öncə dünyanı bürüyən COVİD-19 pandemiyası zamanı Çinin və onun
rəhbəri cənab Si Cinpin Azərbaycana olan köməyini xüsusi olaraq vurğulayan ölkə başçımız bildirib ki,
“COVID-19 başlayanda biz peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik və bu
məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu. Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub
yazdım, məsələyə dərhal cavab verildi və peyvəndlərin ilk həcmi – bir milyon doza təqdim edildi. Biz
vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək
siyasətindən qaynaqlanırdı. Biz bunu necə unuda bilərik?!”
Çinin bu nümunəsi onun Azərbaycanla bağlı siyasətini nümayiş etdirdi. Həmin vaxtlarda bəzi
Qərb dövlətləri lazım olduğundan 5 dəfə artıq həcmdə peyvənd tədarük edirdilər və bununla da
peyvənd istehsal etməyən, buna çıxışı olmayan ölkələri vaksinasiyadan məhrum etdilər. Onlar peyvənd
millətçiliyi nümayiş etdirdilər. Müsahibə zamanı xususi olaraq qeyd edildi ki, Azərbaycan Qoşulmama
Hərəkatının sədri olaraq peyvənd millətçiliyinə qarşı ictimai şəkildə mübarizə aparan ölkələrdən biri
idi. Azərbaycan Prezidentinin səyləri ilə bir çox ölkələrə pulsuz vaksinlər göndərildi, minlərlə insan
ölümdən xilas edildi.
Yaqub Tağıyev,
Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru