isaznow.com
Az Iw En Ru

İdmançılarımızın qələbələri Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrilib

İyulun 22-də “China Global Television Network” televiziya kanalında Azərbaycan Prezidenti
İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsi yayımlanıb. İki dost
dövlət arasında münasibətlərin bir çox sahələrinə toxunulan bu müsahibədə həm də idman sahəsinə
toxunulub.
Bir veteran idman mütəxəssisi kimi müsahibədəki məqamlar məni çox maraqlandırdı. Ölkə
başçısı qeyd etdi ki, o, idmanı çox sevir, ömrü boyu idmanla məşğul olub. Bildirdi ki, idman ictimai
həyatın mühüm amilidir. 30 ilə yaxın vaxt ərzində torpaqlarımızın işğalı dövründə idmanda əldə edilən
qələbələr insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi
kompensasiya olub. İdmançılarımız göstərdi ki, biz qalib gələ bilərik və qələbə Azərbaycanda
vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız
qalxanda, himnimiz səslənəndə adamı böyük qürur hissləri bürüyür. Bu, gənc nəsil üçün vətənpərvər
olmaqda mühüm amil idi.
Keçən müddət ərzində, yəni İkinci Qarabağ müharibəsinə hazırliq dövründə ölkədə çox böyük
işlər görüldü. Güclü iqtisadiyyat quruldu, onun da nəticəsində ordu quruculuğuna diqqət artırıldı.
Ordumuz yeni müasir silah və avadanlıqlarla təchiz edildi, müdafiə imkanlarımıza, hərbçilərimizin
təliminə böyük sərmayələr yatırıldı. Bununla yanaşı Vətən müharibəsində qazanılan Şanlı Qələbənin
əsas meyarı qələbə ruhu idi. Torpaqlarımızı azad edən gənclər həyatlarında heç vaxt Qarabağı
görməmişdilər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Onları qələbəyə aparan isə
qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi.
İdman həm budur, həm də fiziki sağlamlıq deməkdir. Ölkə başçısının dediyi kimi “Biz istəyirik
cəmiyyətimiz fiziki baxımdan güclü olsun. Bunun üçün idman birinci yerdədir. Əlbəttə ki, yaxşı qida,
pis vərdişlərin olmaması məsələsi də var. İdman bəlkə onları üstələyir. Həmçinin hazırda biz idmanın
kütləviliyi üzərində çalışırıq ki, hər rayonda idman infrastrukturumuz olsun. Bunu artıq yaratmışıq.
Eyni zamanda, bu, beynəlxalq nüfuz deməkdir, çünki ilk Avropa Oyunları həqiqətən Azərbaycanı
Avropaya açdı. Formula 1 yarışlarını artıq yeddi dəfə keçirmişik. Xüsusən də, nəzərə alsaq ki, o, şəhər
küçələrində baş verir. Bu, Bakını heç vaxt görməyən üçün şəhərimizin təqdimatıdır. Formula 1-in
auditoriyası 500 milyondur. İlk Formula 1 yarışlarından sonra turizm 20 faiz artdı və COVID-dən əvvəl
hər il on – on beş faiz artım var idi. Yarışlar sayəsində çoxlu xarici turist gəldi. Ölkəyə çox xarici
valyuta daxil oldu. Bir çox amillər hər bir hökumətin idmanın inkişafına böyük diqqət yetirməli
olduğunu göstərir”.
Prezident İlham Əliyev öz müsahibəsində Avropa Liqasının 2019-cu ildəki final matçı və
UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirilməsini qeyd etdi. Bu gün Bakı artıq böyük
idman tədbirləri üçün beynəlxalq məkana çevrilib. Azərbaycan, həmçinin 2017-ci ildə İslam
Həmrəyliyi Oyunları keçirildi. Bu, bir daha Azərbaycanı idman ölkəsi kimi nümayiş etdirir. Avropa ilə
Asiyanın kəsişməsində yerləşən ölkəmiz müsəlman aləminin, eyni zamanda, Avropanın bir hissəsidir.
Ölkəmizin yerləşməsi çox unikaldır. Ölkəmizin siyasəti, cəmiyyətin statusu bütün bunların
təzahürüdür.
Müsahibəsində ölkə başçımız Hancouda Asiya Oyunlarının və Çinin Çendu şəhərində Dünya
Universitet Oyunlarına toxunaraq əminliyini bildirdi ki, oyunlar mümkün ən yüksək səviyyədə təşkil
olunacaqdır. Özünün 2008-ci ildə Pekində keçirilmiş Olimpiya Oyunlarında iştirakıxı xatırladaraq
vurğuladı ki, ölkəmiz Dünya Universitet Oyunlarında 150-dən artıq atletin daxil edildiyi böyük
komanda ilə iştirak edəcəkdir. Prezident İlham Əliyev bu oyunlarda idmançılara qələbə, təşkilatçılara
uğurlar, Çin xalqına bu oyunlarda sevinc arzu etdi.
Vüqar Kərimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri


23:31 26.07.2023