

22 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “China
Global Television Network” televiziya kanalında yayımlan Çinin “China Media Group” media
korporasiyasına müsahibəsində ökləmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, idman,
nəqliyyat, Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafı və s. məsələlərə
toxunuldu.
Çinli jurnalistin suallarını ətraflı cavablandıran Prezident İlham Əliyev iki ölkə arasında gələcək
əməkdaşlıq əlaqələrindən də danışdı. Eləcə də, müsahibədə müasir Azərbaycanın qurucusu və Çin-
Azərbaycan dostluğunun təməlini qoyan ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışıldı və bu il
ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin geniş qeyd edildiyi vurğulandı.
Əslində, Ulu Öndər Heydər Əliyev Çin üçün tanımadığı ölkə deyildi. Ulu Öndər müxtəlif dövrlərdə
Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində
çalışarkən ulu öndər Çin nümayəndələri ilə bir çox görüşlər keçirib.
Ümummilli Lider Çinin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Artıq müstəqil
Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə
ikitərəfli münasibətlər qurmaq idi. O vaxtlar ulu öndər Heydər Əliyev Çinə rəsmi səfərdən böyük
təəssüratla qayıtmışdı. Nəhayət, bizim ikitərəfli münasibətlərimizin bünövrəsi həmin tarixi səfər
nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır.
Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bildirdi ki, Ulu Öndər Heydər Əliyev
Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını
alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O,
həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən edib. Əlbəttə, 30
il ərzində dünya dəyişib, lakin ölkəmizin başlıca məqsədləri dəyişməz olaraq qalıb. Bura
dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan
fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı aiddir.
Elçin Nəsibov,
Sabirabad rayonu "Muğanın Səsi" qəzetinin baş redaktoru