isaznow.com
Az Iw En Ru

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu dünya mətbuatında geniş müzakirə edilir

Qarabağın incisi olan Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq
tədbirlərə ev sahibliyi edib. Möhtərəm Prezidentimiz  İlham Əliyev cənablarının tapşırığına əsasən
“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyul
ayının 21-23-də Qarabağın Mədəniyyət paytaxtı olan Şuşa  şəhərində “4-cü Sənaye İnqilabı dövründə
Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Çox böyük rezonans doğuran bu
mötəbər Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya
agentliyi, 12 beynəlxalq təşkilat və media qurumları  qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri
və nümayəndəsi iştirak edib. Bütün bunlar beynəlxalq tədbirin müstəsna əhəmiyyətə malik olmasından
 xəbər verir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə bu gündə 
 dünyanın diqqət mərkəzindədir. Təkcə Şuşa şəhərinin  işğaldan azad edilməsi üçün  tətbiq edilən hərbi
taktika variantları  Azərbaycan Ordusunun yenilməz gücünə  və qüdrətinə olan  ehtiramın ifadəsidir.
Bu qələbə dünyanın əksər dövlətlərinin hərbi ekspetlərinin təklifləri ilə qurumlar tərəfindən
öyrənilməkdədir.
Forumda çıxışında ölkə başçımız İkinci Qarabağ müharibəsinin gedişində xalqa müraciətində
qürurla dediyi fikirlər ondan xəbər verir ki, Şuşa şəhəri  Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni
zamanda, Şuşa bizim Qələbəmizin və  sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ
müharibəsi başa çatmış hesab olundu. Eyni zamanda böyük fəxarətlə deyə bilərik ki, Şuşanın işğaldan
azad olunması  Azərbaycan xalqının və Rəşadətli Ordunun cəsarətinin  rəmzidir.
Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev  Forumda çıxışı zamanı qeyd etdi ki, Azərbaycan
kimi ölkədə media qurumları  işini olduqca yüksək səviyyədə quraraq işləməlidir ki, dövlətimiz üçün
mühüm önəm daşıyan  xəbərə, yaxşı və ya pis  hazır olsun. Sosial media cəmiyyətin nəbzini hiss etməli
və yaxın köməkçisi olmalıdır.
Respublikamız iqtisadiyyatı yüksək səviyyədə  inkişaf etdiyinə görə  region dövlətləri içərisində
iqtisadiyyatın önündə  gedir. Özünü dünyada enerji istehsalçısı kimi sübut edən Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi  təqdim edir. Ölkəmiz Beynəlxalq Şərq–Qərb,
Şimal–Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların
sayəsində təbii olaraq respublikamızın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli
yüksəlib. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat
şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Bu
gündə ölkəmiz Cənubi Qafqaz regionunda inkişafına  görə, əhalinin sosial  vəziyyətinin
yaxşılaşdırılması sahəsində apardığı islahatlara görə  dünya mediasının diqqət mərkəzindədir.
Əminliklə deyə bilərik ki, aparılan bu siyasət davamlı olacaqdır.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru


17:50 26.07.2023