isaznow.com
Az Iw En Ru

Qlobal Media Forumunun Şuşada keçirilməsi tarix və mədəniyyətimizin təbliği baxımından əhəmiyyətlidir

Qarabağın incisi olan Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq
tədbirlərə ev sahibliyi edib. Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli”
çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyul ayının 21-23-də  bu
şəhərdə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu
keçirilib. Çox böyük rezonans doğuran bu mötəbər Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən
dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb.
Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Bütün bunlar beynəlxalq
tədbirin önəmindən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda genişməzmunlu çıxış edərək bir çox məsələlər, o
cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması ilə bağlı fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, Cənubi Qafqazın
inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Ölkə
başçısı vurğulayıb: “Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda
yardım etməyə çalışırlar. Xoşbəxtikdən bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar
başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək
təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın
hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi
başlamazdı”.
Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə proses
davam edir. Avropa İttifaqı, ABŞ və Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə
bütün beynəlxlaq təşəbbüsləri dəstəkləyir. Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır.
Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. 44 günlük Vətən
müharibəsinin başa çatmasından sonra sülh prosesində müəyyən irəliləyişlər var. Əgər Ermənistan
vaxtaşırı təxribatlar törətməsə, sülhə sadiq qalsalar nəticə əldə olun abilər. Son iki il yarım ərzində bir
neçə məqam olub. Bu  Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü
tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Rəsmi İrəvan artıq qəbul edib ki, Qarabağ
Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf
mühüm sonuncu məqamdır”.
Dövlət başçısının dediyi kimi, əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından
imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Cənab Prezident
qeyd edib ki, lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik,
təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də
çətinliklər yaradacaq.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm
aktuallıq kəsb edən məsələlər müzakirə olunur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri,
ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya,
müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması,
yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə
üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edirlər. Bu günədək çoxsaylı
beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir
dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya
sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb.
Bütövlükdə, Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin və bölgədə baş
verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir.
Jalə Sadıqova,
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi


05:48 26.07.2023