isaznow.com
Az Iw En Ru

Böyük qayıdış proqramının uğurla icrası iqtisadi və siyasi iradə tələb edir

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş
müşavirədə də aydın oldu ki, ölkəmizin dayanıqlı inkişafı təmin edilib. Qeyri-neft sektoru inkişaf
etdirilib, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində işlər, eyni zamanda iqtisadi və sosial
sahələrdə islahatlar davam etdirilib.
2020-ci il 44 günlük vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb və
Azərbaycan bütün gücünü, resurslarını işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldib. İki il
yarım ərzində Qarabağ və Şərqi Zəngəzur ən inkişaf etmiş bölgəyə çevrilməkdədir. Azərbaycan heç bir
yerdən yardım almadan, öz maliyyə imkanları hesabına Böyük Qayıdış Proqramını uğurla icra edir.
Son iki il yarımın mənzərəsinə baxsaq, işğaldan azad olunmuş ərazilərdəki canlanma xüsusi diqqət
çəkir. Abadlaşan kənd şəhərlər, öz dədə-baba yurduna qayıdan soydaşlarımız, bir sözlə, bölgə 30 illik
işğalın fəsadlarından təmizlənməkdədir. Təsadüfi deyil ki, 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22
qəsəbə və kəndin təməlqoymasında şəxsən Prezident İlham Əliyev iştirak edib. Baş planlar hazırlanıb
təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Dövlət başçımızın da söylədiyi kimi, ilk növbədə,
infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik.
Cəmi 8 ay ərzində Laçın şəhərinin böyük hissəsinin tamamilə bərpa edilməsi, yeddi yüzdən çox ailə
üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanması əsl nümunədir. Ölkə başçısı bir daha
bəyan etdi ki, Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Ümumiyyətlə,
Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması
nəzərdə tutulur. Bu, bərpa prosesinin miqyasının böyüklüyünü göstərir. Bütövlükdə nəzərdə tutulmuş
investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard
manata qədər vəsaitin xərclənməsi təmin olunacaq. Eyni zamanda bərpa prosesi zamanı tarixi-mədəni
irsin mühafizəsinə xüsusi diqqət yetirilməsi təqdirəlayiq haldır. Belə ki, Heydər Əliyev Fondu
tərəfindən həyata keçirilən işlər xüsusi əhəmiyyət kəsb edir.
Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun bərpası bu gün əsas prioritetdir. Amma bununla
paralel olaraq, Prezident İlham Əliyev bütün ölkədə infrastruktur layihələrinin reallaşdırılmasını
diqqətdə saxlayır. Bütün ərazilərin sosial-iqtisadi inkişafı təmin olunur. Bu ilin 6 ayının yekunları da
göstərir ki, Azərbaycan qarşıya qoyduğu hədəflərə çatır. Görülən işlərin miqyası isə iqtisadi güc, siyasi
iradə tələb edir. Bu mənada Azərbaycan əsl nümunə sərgiləyir.
Səfa Şirinov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi


15:54 14.07.2023