isaznow.com
Az Iw En Ru

Ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir

Ölkəmiz 2023-ci ilin birinci yarısını uğurla başa vurub. Bu dövr ərzində hər bir sahə üzrə
nailiyyətlər qazanılıb. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına
həsr olunan müşavirədə səslənən fikirlər və qeyd olunan faktlar bir daha təsdiqləyir ki, əvvəlki illərdə
ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf bu ilin birinci yarısında da uğurla
davam edib, göstəricilər yüksəlməkdədir. Belə ki, qeyri-neft və qaz sektorunda, sənaye, nəqliyyat,
turizm və digər sahələrdə irililəyişlər əldə olunub. Bütün bunlar dövlətimizin başçısı cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi
qüdrətinin durmadan artdığını göstərir.
Dünya iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2023-ci ilin birinci yarısında ölkə
iqtisadiyyatında iqtisadi artım templəri müşahidə olunub. Belə ki, bütövlükdə altı ay ərzində ölkə
iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb.
Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb.
Ölkənin builki dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da öz növbəsində həm
ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda
geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa
imkan verir. Bütövlükdə isə yarım ildə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard
manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi
potensialının güclənməsinə yönəldilib. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu
vəzifələrdir.
Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkəmizin enerji istehsalçısı olması və enerji
ilə yanaşı, beynəlxalq əhəmiyyətli haba çevrilməsi, qeyri-neft nəqliyyat tranzit infrastrukturunun
mövcudluğunu qeyd edə bilərik. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının
yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Müşavirədə
qeyd olunduğu kimi, manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə
indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasətin
təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi
sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Ölkədə həm minimum əməkhaqları, həm minimum
pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.
Eyni zamanda, Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Xususi olaraq qeyd
edilməlidir ki, görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. İşğaldan azad
edilən ərazılərdəki dağıdılmış şəhərlər, qəsəbələr qurulur, binalar tikilir. Artıq bu il Talış kəndinə və
Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin
Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla
aparılır və beləliklə, ilin sonuna qədər artıq burada bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar
öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış Proqramının birinci
mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Bütövlükdə nəzərdə
tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12
milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir.
Bu ilin altı ayında Azərbaycan həm də beynəlxalq müstəvidə də fəal siyasət həyata keçirib və
bir çox uğurlara nail olub. Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik
inkişaf yolunda inamla irəliləyir.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


00:53 14.07.2023