isaznow.com
Az Iw En Ru

“THE CROWN” Restoranı Bakının mərkəzində müştərilərə meydan oxuyur – “Yesən də budur, yeməsən də…”

Belə bir atalar sözü var ki, “Qonaq bərəkət gətirər”. Bir də görürsən ki, illərdir görmədiyin dostun, tanışın uzaq məmləkətdən və yaxud da yaxın diyardan qonağın olur. Hər kəs istəyər qonağının yanında üzü qara qalmasın, onu istədiyi kimi sevinclə, əyləncə ilə qarşlayıb və yola salsın.

Təbii ki, bunlardan biri də qonaq gələrkən ilk ağlımıza gələn düşüncələrdən biri də qonağı hansı restorana, kafeyə, puba aparaq olur ki, istədiyi kimi istrahət edib dincələ bilsin, sonda da qonaq gəldiyi şəxsdən narazı yox, razı getsin.

Amma çox təəssüflər olsun ki, bəzən qonağı apardığın məkanda elə bir xidmət, elə bir rəftar görürsən, insan nəinki qonağının yanında, az qala adamı ailəsinin yanında üzü qara edib əsəb və streslə yola salalar.

Söhbət açacağımız məkanlardan biri şəhərin mərkəzi olan “Tarqovi”yaxınlığında Xəqani küçəsi 14/16 ünvanda yerləşən “THE CROWN” Restoran-Pub kimi faliyyət göstərən məkandır. Bir neçə dostumuzla məkana girəndə xanım xoş gəlmisiz deyib gülər üz göstərmək əvəzinə bir başa mətləbə keçdi, bu otaq depozitlədir.

Lakin sözü gedən məkanın hər zaman müştərilərindən biri olan şəxs xanıma hər dəfə buranın müştərisi olduğunu və depozitli otaq olmadığını bildirəndə xanımın arxasınca 2 nəfər idmançıya oxşayan şəxs içəri daxil oldu, sanki döyüş meydançasında kiminləsə yarışa gəliblər.

Biri türkcə türşumuş üzlə el dilində desək üzündən zəhirmar yağdıra-yağdıra “Bu otağın depoziti 150 manatdı” dedi. Şəxs özünü elə aparır ki, sanki bazarda bizə hansısa əşyanı və yaxud da qida məhsulunu satır, onun qiymətini deyir. Hələ bizə məlum deyil türk qardaşmızın Azərbaycanda işləmək üçün iş icazəsi var ya yox, ümüdvarıq onu da bu yazıdan sonra aidiyyəti qurumlar araşdıracaq.

Bizimlə gedən müştərilərdən biri türk qardaşa buranın rəhbəri ilə tanış olduğunu və qonaq olduğunu bildirdi, onun üçün də menyuda nə yazılıb, nə sifariş edib, hesabı ödəyəcəyin bildirdi. Türk abimizin tərsliyi tutdu, müdir də desə mümkün olmayacaqını bildirdi, rəftarda qardaşlıq yox düşmənçlikdəndə o tərəfə nəisə varsa o münasibəti göstərdi.  Üzü qara gəlmiş türk abi bizi qonaqların yanında beləcə üzü qırmızı etdi.

Qeyd edək ki, təxminən 10 dəqiqəlik müzakirə zamanı sözü gedən məkanın menusuna göz gəzdirdik, qiymətlər bazar iqdisadıyyatı ilə tənzimlənmir, məkanda ödəniş üçün post terminal kassa aparatı gözə dəymədi, restoranın təmizliyi müştərilərə göstərilən xidmətlə və menyu qiymətləri ilə ölçmək qəti mümkün deyil, biz bu nöqsanları yazdıq, ümüdvarıq ardını adiyyəti qurumlar araşdırıb müvafiq məqsədə uyğun tədbir görəcəklər.

Video Oynadıcı
 

23:44 03.07.2023