isaznow.com
Az Iw En Ru

Xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir

Ulu Öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq
qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi
Azərbaycanın artıq dünyada öz çəkisi və sözü olan bir ölkədir. Bu nailiyyətlərin təməli ulu öndər
Heydər Əliyev tərəfindən qoyulub. Xüsusilə də 90-cı illərin əvvəllərində Sovetlər Birliyinin dağılması,
müttəfiq ölkələrin öz müstəqilliyini yenidən bərpa etməsi ilə dünyanın düzəni dəyişməyə başlamışdı.
Azərbaycan da öz müstəqilliyini bərpa etdi. Lakin tez bir zamanda ölkə xaosa büründü. İqtisadi-siyasi
böhran, digər tərəfdən 80-ci illərin sonundan baçlanmış erməni təcavüzü. Bütün bunlar yenicə əldə
olunmuş müstəqillik üçün ciddi təhlükə idi.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandığına görə, Azərbaycan xalqı təkidlə Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbini irəli sürmüş
və ölkənin o dövrkü rəhbərliyi Onu Bakıya dəvət etməyə məcbur olmuşdur. 1993-cü ilin 15 iyun
tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə  hakimiyyəyyə qayıdaraq Azərbaycan Respublikası Ali
Sovetinin Sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış
etdi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə 
dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər 
tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan 
Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi
özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi
1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir
tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim
çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun
yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm.
Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan 
sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil
olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”
İlk gündən parlamentarizm ənənələrinə sadiq qalan Ulu Öndər  aşkarlıq prinsipinə  üstünlük
verdi. Belə ki, Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr
birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-
siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı.
24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər
Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bununla da bütün hadisələr dövlətin nəzarətinə götürüldü, bu
isə xalqın iradəsinə tabe edilməsi demək idi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik
etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə  aldı. Eləcə də Ordu
quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi.  “Şəhid adının əbədiləşdirilməi və şəhid ailəsinə 
edilən güzəştlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu qəbul olundu. Konstitusiyada  və
müxtəlif  hüquqi  sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi.
Ən təhlükəli vəziyyət yaranmış separatçı cəhdlər və vətəndaş qarşıdurması idi. Avqustun 7-də
cənub  bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu.  Bununla əlaqədar ulu öndər Heydər
Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla  görüşüb
vəziyyəti  müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis  “Azərbaycan  Respublikasının Lənkəran,
Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında”
Qərar (https://e-qanun.az/framework/8527) qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına 
siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu  bədnam niyyətə son qoyuldu.
Ulu Öndərin yüksək peşəkarlığı və vətəninə dövlətinə və xalqına sadiqliyi sayəsində
parlamentin ruhu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirildi. Onun iclası  aparmaq
tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri 
ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm
məktəbi idi.
Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının
yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev
öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Bu böyük şəxsiyyət dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf
modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına
müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf
modelinin gerçəkləşdirilməsinə nail olmuşdur.
 “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin
bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndər 1993-cü
ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin möhkəm əsasları
qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən
azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul
edildi və bazar iqtisadiyyatına keçid təmin olundu.
Çox nadir hallarda dövlət şəxsiyyətə görə tanınır. Məhz Heydər Əliyevin böyüklüyü, uğurlu
siyasəti sayəsində Azərbaycan qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, xarici
siyasətdə böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq
təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin
suveren faktoruna çevrildi.
Bir sözlə bu gün Heydər Əliyev ideologiyasının, Onun əsasını qoyduğu uzaqgörən siyasətin və
layiqli davamçı mnöhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində
Azərbaycan regionun lider, dünyanın aparıcı dövlətinə çevrilib.
Məhərrəm Pənahov,
Sabirabad Olimpiya İdman Kompleksində məşqçi müəllim


06:48 26.06.2023