

Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi
hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib və heyət
qarşısında çıxışı zamanı çox mühüm məqamlara toxunub, önəmli mesajlar verib. Dövlət başçısı
möhtəşəm tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən,
Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlığından, yeni mərhələdə ordu
quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra mühüm məsələlərdən
bəhs edib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando
hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib ki,
İkinci qarabağ müharibəsi bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdi. Çünki bu gün
ordumuz vahid proqramm əsasında fəaliyyət göstərir: "Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram
əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə
qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə
dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür".
Bəli, bü gün Azərbaycanın Güclü ordusu Ali Baş Komandanın «Güclü ordu, güclü dövlət»
konsepsiyasına uyğun fəaliyyət göstərir. Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə komando hərbi
hissələrin açılması çox əlamətdar hadisə olmaqla, həm də orduda güclü, dəmir siyasətin olmasının
təsdiqidir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə
Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı
zamanı bildirdi ki, Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri
yaradılmışdır və komandoların sayı gündən-günə artır: "Bütün bunları və müasir döyüş əməliyyatlarını
nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi
qoyulmuşdur və bu vəzifə uğurla icra edilir".
"Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur.
Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq", - deyə
dövlətimizin başçısı bildirib.
Zəfər qələbəmizdən iki il yarım keçməsinə baxmayaraq vaxtilə "Qarabağ Ermənistandır və
nöqtə" deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: "Qarabağ Azərbaycandır!"
yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir". Bu fikirləri
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin
komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı
bildirdi və qeyd etdi ki, əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə
bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq
dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi.
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri