isaznow.com
Az Iw En Ru

Güclü Ordu, qüdrətli Azərbaycan yaradan Prezident və  DƏMİR YUMRUQ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyun ayının 23-də Müdafiə
Nazirliyinin Komando hərbi hissələrinin birinin açılışında söylədiyi fikirlər Azərbaycanın dünəni, bu
günü və sabahı ilə bağlı çox ciddi mesajlardır.
Cənab Prezident Azərbaycan xalqının öz suveren hüquqlarını qorumaq əzmində olduğunu və
bunun üçün Azərbaycan dövlətinin bütün addımları atdığını bir daha bəyan edib: “Zəfərin heç də asan
əldə edilmədiyini, ancaq xalqımızın iradəsi, əsgərlərimizin rəşadəti bunu təmin etdi. Gözləmək olardı
ki, müharibə bitdikdən, Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra hər iki dövlət normal
qonşuluq münasibətləri qurmaq üçün çalışacaqlar. Ancaq Azərbaycanın xoş məramına baxmayaraq,
Ermənistandan bunu görmək olmur. Vaxtaşırı sülh barəsində təbliğat xarakterli bəyanatlar versələr də,
real həyatda bunu görmək olmur. Müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından,
Azərbaycanın ərazi bütövlüyünün tanınmasından imtina edirlər.
Eyni zamanda, Ermənistan tərəfdən Azərbaycana qarşı hərbi təxribatların da sayı heç də
azalmaq bilmir. Bu baxımdan, Azərbaycan Prezidenti bu gün Azərbaycan Dövləti qarşısında iki böyük
məsələni – işğaldan azad edilmiş ərazilərin bərpası və ordunun möhkəmlənməsi məsələsinin durduğunu
dilə gətirdi. Regionda vəziyyət heç də sakit deyil, Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi
bağlamır. Bu baxımdan, silahlı qüvvələrimiz ən müasir silahlarla təchiz edilməli, yeni hərbi hissələr
açılmalı, ordumuzun döyüş qabiliyyəti daima yüksək səviyyədə saxlanılmalıdır. Ali Baş Komandanın
yeni hərbi hissənin açılışında iştirak etməsi onu göstərir ki, bütün bu addımlar bundan sonra da davam
edəcəkdir. Ermənistan Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmalı, Azərbaycanla normal
qonuşuluq münasibəti qurmalıdır. Bunlar olmasa Azərbaycan Ermınistanla hər hansı bir əlaqələr
qurmayacaqdır. Eyni zamanda, Azərbaycan sülh müqaviləsi olmadan da yaşaya biləcəyini bir daha
sübut etdi. Silahlı Qüvvələr Günü ərəfəsində hərbi hissənin açılışın edilməsi Azərbaycan dövlətçiliyinin
növbəti uğurlarından biri kimi qiymətləndirilə bilər.
Naqil İsgəndərov,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru


01:43 26.06.2023