

Azərbaycan Ordusunun tarixi yüksəlişi davam edəcək. İyunun 23-də Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi
hissələrinin birinə döyüş bayrağının təqdim olunması mərasimindəki çıxışı bu gerçəyin anonsudur.
Bu gün Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bayrağının təqdim
edilməsi mərasimində çıxış edən Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsinə,
Ordumuzun əldə etdiyi şanlı qələbəyə diqqəti yönəldib: “Dövlətimizin başçısı qeyd edib ki, hazırda
Azərbaycan Silahlı Qüvvələrimiz Vətən müharibəsindəki Ordumuzdan qat-qat güclüdür və hər ötən
gün öz döyüş hazırlığını, peşəkarlığını artırmaqdadır.
Prezident çıxışında ordumuzun yaxın gələcəkdə yeni, yüksək səviyyəyə qalxacağını da
vurğuladı. Dövlətimizin başçısının bu sözləri onu deməyə əsas verir ki, biz yaxın gələcəkdə
Azərbaycan Ordusunun simasında daha qüdrətli bir orduya şahid olacağıq. Ordumuzun tarixi yüksəlişi
davam edəcək. Prezidentin komanda hərbi hissəsindəki çıxışı bunun anonsudur.
Xatırladım ki, 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Ordusunun döyüş
hazırlığının yüksəldilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi, peşəkarlığının artırılması,
müasir silah-sursatla, hərbi texnika ilə təmin edilməsi prosesi davam etməkdədir. Məhz bütün bunlar
ordumuzun inkişafını şərtləndirir ki, bu da dövlətimizin, eləcə də bütün regionun təhlükəsizliyi
baxımından vacibdir.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru