isaznow.com
Az Iw En Ru

Azərbaycan və Türkiyənin vahid qardaşlıq mövqeyi

Hazırda Türkiyə ilə Azərbaycan arasındakı müstəsna əlaqələr bölgənin və dünyanın digər
dövlətlərinə də örnək olmaqdadır. Mənbəyini ortaq keçmiş din və dil birliyindən alan dərin əlaqələr
günlər keçdikcə, ölkələrimizin beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi
olmasına gətirməkdədir. İki dövlət arasındakı qardaşlıq sözdə deyil, əməldə öz təsdiqini tapıb.
Prezident İlham Əliyev 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Azərbaycana səfəri ilə əlaqədar bəyanatında bildirdiyi kimi iki dövlət arasında əməkdaşlıq bütün
sahələrdə konkret proqramlar əsasında inkişaf edir: “Türkiyə və Azərbaycan bundan sonra da xarici
siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-
nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir”.
Azərbaycanla Türkiyənin bugünki əlaqələr istər iqtisadi, istər siyasi, istər mədəni, istər hərbi,
istərsə digər sahələrdə yüksək səviyyədə qurulub. Bugün Azərbaycanla Türkiyə arasındakı ticarət
dövriyəsi 6 milyardın üstündə hesablanır. Prezident İlham Əliyev, həmçinin bildirib ki, ticarət
dövriyyəsi gələcəkdə daha da artacaq: “Birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək,
xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu
gün biz razılığa gəldik ki, bundan sonra da artacaq”. Bu gün Türkiyədə mindən artıq Azərbaycan şirkəti
fəaliyyət göstərir. Onlar da qardaş ölkəyə 5 milyarddan artıq sərmayə yatırıb. Türkiyəninsə
Azərbaycanda 1100-ə yaxın şirkəti var. Bütün bunlar Türkiyə və Azərbaycanın bütün sahələrdə qardaş
olaraq münasibətlər qurduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan birliyi
xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir” sözləri isə Azərbaycan-Türkiyə
qardaşlığının qimyətini bir daha vermiş oldu.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz bəyanatında önəmli mesajlar
verərək Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada qibtə ilə izləndiyini vurğulayıb. Türkiyə heç
zaman Azərbaycanın maraqlarına zidd addımlar atmayıb. Xüsusən Qarabağ münaqişəsinin ədalətli həlli
üçün öz səylərini əsirgəməmişdir. 44 günlük Vətən müharibəsində də Türkiyə Azərbaycana öz mənəvi
və siyasi dəstəyini vermişdir. Vətən müharibəsindən sonra iki dövlət arasında münasibətlər daha da
möhkəmlənmiş və dünyda qardaşlıq rəmzinə çevrilmişdir. Hazırda Ermənitsanla normallaşma
prosesinin sürətlənməsi üçün Türkiyə də öz səylərini davam etdirir. Yeri gəlmişkən, Türkiyə dövlətinin
Qarabağ problemində nə qədər həssas bir mövqedən çıxış etməsi ölkəmiz üçün böyük önəm kəsb
etmişdir. 1993-cu ildə Ermənistan Kəlbəcəri işğal etdiyi vaxdan Türkiyə bu işğalçı dövlətlə diplomatik
əlaqələrini dayandırmışdır və iqtisadi embarqo tətbiq etmişdir. Nəzərə almaq lazımdır ki, regionda ilk
və tək bu addımı atan ölkə Türkiyədir. Dəfələrlə Türkiyə rəsmiləri tərəfindən bəyan olunmuşdur ki,
Azərbaycanla Ermənistan arasında sülh əldə olunmaynacan bu ölkənin Ermənistanla sərhədlərinin
açılması mümkünsüzdür. Bu da təsadüfi deyil ki, Türkiyə bu sərhədi öz istəyi ilə Azərbaycana olan
qardaşlıq münasibətindən bağlayıb. Zaman-zaman Qrəb müxtəlif təzyiq metodları ilə bu sərhədlərin
açılmasını diqtə etsə də, Türkiyə yenə də öz sözünün üstündə durmağa davam edir.
Türkiyə-Azərbaycan münasibətləri sağlam zəmindədir. Münasibətlətin bundan sonra da sağlam
zəmində inkişaf edəcəyinə heç bir şübəhə ola bilməz. Türkiyə Azərbaycana gerçəkdən qardaş
dövlətlərdir. Bu gün dövlət səviyyəsində Azərbaycanla Türkiyənin qurduğu işbirliyi, imzalanan
layihələr və xalqlarımız arasındakı könül birliyi ölkələrimzin xaricində yaşayan soydaşlarımıza sonsuz
ilham verir. Azərbaycan və türk diaspor təşkilatları əməkdaşlıqlarını dərinləşdirərək fəaliyyətlərini
birgə həyata keçirirlər. Təbii ki, bu, Azərbaycan və Türkiyənin maraqlarına ayrı-ayrı deyil, ortaq
mövqedən yanaşılaraq təmin edilməsi üçün mühüm addımdır.
Mirnizami Ağayev,
Sabirabad şəhər sakini, təqaüdçü


06:40 17.06.2023