isaznow.com
Az Iw En Ru

Ulu Öndərin çoxsahəli fəaliyyətində Azərbaycan mədəniyyətinin yeri

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu
Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci
illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və
kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi
Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı
kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə,
incəsənətə malik olan bir xalqdır.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına,
təbliğinə xüsusi qayğı ilə yanaşırdı. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları
içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr də
Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik
dəyərlərinin əsasını mədəniyyət təşkil edir
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.
Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də
bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan
mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz
beynəlxalq aləmdə tanındı.
Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək
qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə
məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək  fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev
bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında
iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı.
Ulu Öndər daim mədəniyyətimizin himayədarı olmuş, sənət adamlarının qayğısına qalmışdır.
Dünya şöhrətli musiqiçi MstislavRostropoviçin Bakıya dəvət edilməsi, Azərbaycan Dövlət Akademik
Filarmoniyasının bərpa edilməsi, Bakıda Üzeyir Hacıbəyli, Bülbülün xatirə muzeylərinin açılması,
Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlıya abidələr qoyulması – bütün bunlar onun
təşəbbüsü idi. Bu böyük siyasi xadim bütün mədəni tədbirlərdə, premyeralarda, səhnə əsərlərinin yeni
quruluşunda şəxsən özü iştirak edərək, yaradıcı heyətlə görüşür, onların ünvanına həmişə xoş sözlər
deyirdi. Bir çox mədəniyyət xadimlərinə fəxri adlar verilməsində də onun böyük rolu olmuşdur.
Niyaməddin Məmmədov,
Sabirabad rayonu Qaralar bələdiyyəsinin sədri


16:35 17.06.2023