isaznow.com
Az Iw En Ru

Heydər Əliyev 100-Zamandan yüksək olan şəxsiyyət

Hər bir xalqın mövcud olması və inkişaf etməsi o xalqın milli xüsusiyyətlərinin güclü
tərəflərinin tarixin çətin məqamlarında qalib qəlmək üçün həlledici olması və həlledici məqamlarda öz
liderini yetişdirmək üçün milli potensialının olması hesabına baş vermişdir. Güclü liderlərə və güclü
milli xüsusiyyətlərə malik olmayan xalqlar güclü dövlət qura bilməməmiş, tarixin səhnəsindən silinmiş
və ya sahib olduqları dövlət zəif inkişaf etmişdir.
XX əsrn əvvəllərində Şərqdə ilk demokratik dövlət quran Azərbaycan xalqı 2 il sonra bu
müstəqilliyini itimiş və zorla sovet ittifaqının tərkibinə qatılmışdır. Bütün resursların ittifaq məqsədinə
xərcləndiyi bir şəraitdə keçən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatı yoxsul, primitiv və bərbad
vəziyyətə düşmüşdü. İqtisadiyyatın 85%-i yanacaq sənayesinin hesabına formalaşır, respublika SSRİ-
də ən geridə qalmış region vəziyyətinə düşmüşdü. Əhali də yoxsul yaşamaqdan bezmişdi. Belə bir
şəriatdə SSRİ rəhbərliyində Azərbaycan respublikasının özünü doğrultmadığı, onun ərazisinin
Ermənistan, Gürcüstan və Dağıstan arasında bölünməsi ideyası müzakirə olunurdu. Belə bir şəraitdə
ulu öndər Heydər Əliyev belə bir Azərbaycana rəhbər təyin edilməsi ölkəmizin taleyini dəyişdirdi və
onu yox olmaqdan xilas etdi.
15 il sonra Azərbaycan artıq SSRİ respublikalari arasında ən sürətlə inkişaf edən, iqtisadi gücü
yetərincə olan, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. 1980-ci illərin
ortalarında Rusiyadan sonra yalnız Azərbaycan özü-özünü iqtisadi cəhətdən təmin edə bilən hala
gəlmişdi. Yaradılan iqtisadi potensial və iqtisadi infrastktur ölkənin gələcəyinə hesablanmışdı. Bütün
bunlar Heydər Əliyevin yorulmaz fəaliyyəti və Azərbaycan xalqı qarşısında müstəsna və tarixi xidməti
idi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki,
Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin.
Amma yaradılan bu iqtisadi potensial artıq hər bir azərbaycanlının şüurunda müstəqil ola bilmək
inamını yaratmaqda idi. Azərbaycanın müstəqil ola bilməsinə və müstəqil inkişafına getdikcə daha çox
insan inanmağa başlayırdı. Heydər Əliyev həm də bu insanların təqiblərdən qorunub saxlanılması
missiyasını həyata keçirirdi.
Elmi araşdırmalara görə, xalqların müstəqillik arzuları onların iqtisadi güc və potensialları ilə
birbaşa bağlıdır. İqtisadi güc bu arzuların reallaşa biləcəyi inamını sonsuz olaraq artırır. Bu cəhətdən
əminliklə demək olar ki, 80-ci illərin sonunda Azərbaycanda yaranan milli-azadlıq hisslərinin
formalaşmasında, “AZADLIQ!” kəlməsinin hayqırtı ilə deyilməsində Heydər Əliyevin və onun
yaratdığı iqtisadi potensialın müstəsna və həlledici rolu olmuşdur!
Azərbaycan xalqı məhz bu inamla öz müstəqilliyini tələb etdi. Onlar məhz bu inamla 20
yanvarda tanklar qarşısında dayandılar və müstəqilliyini əldə etdilər. 80-ci illərin sonu və 90-cı illərin
əvvəli ölkənin səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində yenidən dağılmağa, iflas olmağa başlayan
Azərbaycanı Heydər Əliyev artıq 2-ci dəfə, bu dəfə müstəqil olmağı bəyan etmiş Azərbaycanı yox
olmaqdan xilas etdi və onu müstəqil etdi. O əvvəlcə Naxçıvanda milli bayrağımızı dalğalandırmaqla bu
dəfə insanlarda müstəqillik inamını öz şəxsinə olan inamın hesabına gücləndirməyə nail oldu. Daha
sonra 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi
müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı
dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. O şəxsiyyətinə olan inam və öz
şəxsi zəmanəti hesabına Azərbaycan iqtisadiyyatını dünyaya inteqrasiya etdi, kəmərlər, yollar inşa etdi.
Azərbaycanı parçalamaq, zəif görmək, milli ləyaqətimizi daim alçaltmaq istəyənlərin arzularını əbədi
olaraq gözlərində qoydu.
Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyidir. 100 il bundan öncə bu torpaqlarda faciə
yaşanırdı. Dövlətimiz işğal olumuş, milli ziyalılarımıza qəsdlər olunmuş, milli bayrağımız
endirilmişdir. Belə bir şəraitdə Uca Tanrı Azərbaycan xalqına bu müstəqilliyi bir daha bəxş edəcək və
bu dəfə onu əbədi edəcək bir övlad bəxş etdi.
Bütün gözəl, bənzərsiz, müqəddəs işlər insandan hünər istəyir. Ona görə də zamanın
səviyyəsində yaşayıb fərdi, xalqı və dövləti müstəqilliyə tam çatdırmaq mümkün deyil. HEYDƏR
ƏLİYEV – Zamanın səviyyəsindən yüksək şəxsiyyət idi. O sanki bu günü və bundan sonrakı sabahı
görüb dünəndə fəaliyyət göstərirdi.
Öz müstəqilliyi ilə dostlarımızı sevindirən, rəqiblərimizi çəkindirən, düşmənlərimizi məyus
edən, Qarabağı azad edən, bayrağımızı Şuşada dalğalandıran bu günkü Azərbaycan məhz Heydər

Əliyevin əsəridir. Onun layiqli davamçısı müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham
Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir. Artıq hər kəs bilir və sonsuz
olaraq inanır ki, bu gün 100 ildir, sabah 1000 il olacaq.
Nadir Əsədullayev,
Sabirabad rayonu Osmanlı kənd sakini, təqaüdçü


15:34 17.06.2023