

Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən dahi lider Heydər
Əliyev daim ziyalılara diqqətlə yanaşırdı. Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Heydər
Əliyev ədəbiyyat insanlarına həmişə diqqət göstərmişdir. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı
olan Ulu Öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır. Bunu onun hələ sovetlər
dönəmində yazarların müxtəlif illərdə keçirilən qurultaylarında iştirak etməsi də sübut edir.
O, həmin qurultaylarda iştirak etməklə qurultay iştirakçılarına stimul verir, ədəbiyyatın inkişafı üçün
şərait yaradırdı. Ulu Öndər Heydər Əliyevin söz adamlarına, ziyalılara diqqəti və qayğısı bununla
kifayətlənmirdi. Qüdrətli Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəçisinə çevrilirdi. Ölkənin
bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və
abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi.
Ulu Öndər hakimiyyətə gəldiyi ilk dönəmlərdə – 12 avqust 1969-cu ildə Qazaxda Molla Pənah Vaqifin
ev muzeyinin yaradılması qərarının verilməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi.
1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi
şöhrətini daha da artırdı
Tarixə nəzər saldıqda görürük ki, Heydər Əliyev 60-70-ci illərdə olduğu kimi, 80-ci illərdə də
ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci ilin 11 dekabrında Naxçıvan şəhərində Hüseyn Cavid
kimi bir şəxsiyyətin ev muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz iş
idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın
məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda vətəninə qaytarmaq tarixi ədalətsizlik
üzərində milli qələbə idi. 1995-ci il iyunun 10-da Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə
bağlı müşavirədə çıxışında Ulu Öndər bildirmişdi: “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O,
tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn
Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.”
Heydər Əliyev 15 yanvar 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak edir.
Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində
xüsusilə qeyd etmişlər. Ulu Öndər özü isə 1997-ci il oktyabr ayının 30-da Azərbaycan Yazıçılarının X
Qurultayında bununla bağlı bildirib: “Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli
bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şerə, mədəniyyətə olan
münasibətimiz idi.”
Bütün bunlarla yanaşı, hakimiyyətdə olduğu dövrün birinci mərhələsində istər müasir, istərsə də klassik
şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri
təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına
nail olur. Bu, o dövrün yazarlarına böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş
arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri
böyük təntənə ilə gerçəkləşdirilir.
Klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci
ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat
tariximiz üçün önəmli hadisə idi. Həmçinin 13 sentyabr 1973-cü ildə bəşəri klassikimiz İmadəddin Nəsimin 600
illik yubileyinin Bakı ilə yanaşı Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq
etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda İmadəddin Nəsimin abidəsi qoyuldu. Bununla əlaqədar Ulu
Öndər 1999-cu il aprelin 8-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının
növbəti iclasında bidirmişdir : “Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq.”
Bu münasibətlə 6 yanvar 1979-cu ildə „Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin
irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün
bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq
vurğulanması əsas önəmli fakt idi. Bu o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycanın şairi
olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək, 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi
dövlət səviyyəsində keçirilmişdir.
Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən bəzi yubiley mərasimlərinə nəzər salaq.
Yubilyarlar müxtəlif zümrələri əhatə edirdi.
Göründüyü kimi, Heydər Əliyev hər zaman ədib və ziyalılara xüsusi qayğı göstərmiş, onların layiqli
dəyərlərini almalarına şərait yaratmışdır.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru