

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər
qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan
mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz
qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycan kinosunun da böyük bir dövr inkişafı
Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino
istehsalı bərpa edildi.
Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır.
Xalqımızın mədəni həyatında yeni bir dövr isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir
dövrdür. Ümummilli liderin dediyi kimi: - “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və
dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. -
Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin
inkişafını həmişə diqqət mərkəzində saxlayıb.
Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam
etdirilir. Mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir.
Heydər Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşlərində çıxışları zamanı
həmişə dahi ədiblərimizi Azərbaycanın qiymətli incilərindən sayıb və bu zənginliyimizin qədrini
bilməyi, dəyərləndirməyi tövsiyyə edib.
Ulu öndər deyirdi: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən,
yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü
təsir göstərən başqa bir vasitə yoxdur”. Bəli, dəyərlərimizə hər zaman sahib çıxmalıyıq.
Leyla Fərəcova,
Sabirabad rayonu, Cavad bələdiyyəsinin üzvü