isaznow.com
Az Iw En Ru

Heydər Əliyevin ideyalarından güc alan milli mədəniyyətimiz

Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. Xalqımızın
mədəni həyatında yeni bir dövr isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.
Ümummilli liderin dediyi kimi: - “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları
içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. - Məhz ona görə də
ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət
mərkəzində saxlayıb.
Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər
qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin
də tərəqqisinə yeni təkan verdi. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən
tamaşaçıların üzünə açdı. Azərbaycan kinosunun da böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə
bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi.
Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir.
Heydər Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşlərində çıxışları zamanı həmişə dahi
ədiblərimizi Azərbaycanın qiymətli incilərindən sayıb və bu zənginliyimizin qədrini bilməyi,
dəyərləndirməyi tövsiyyə edib.
Ulu öndər deyirdi: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni
insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir
göstərən başqa bir vasitə yoxdur”. Bəli, dəyərlərimizə hər zaman sahib çıxmalıyıq.
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


21:32 16.06.2023