

Dünyanı və dövlətləri əslində böyük idealları və əməlləri uğrunda vuruşan qəhrəmanlar, dahilər,
ehtiras dolu insanlar yaradırlar. Tarix inkar edilməz bir şəkildə isbat etmişdir ki, böyük işlərin
öhdəsindən gəlmək üçün bacarıqlı bir öndər lazımdır.
Xalqımız dövlətçilik tarixinin ən doğru qərarını məhz o zaman verdi. Küçələrdə dolaşan
xoşməramlı üsyançılar “Heydər ! Heydər ! Heydər!” bağıraraq “Ya Heydər Əliyev, ya da heç kəs
Azərbaycanın qurtuluşu ola bilməz!” deyirdilər. Azərbaycanın bağımsızlığını Heydər Əliyevdən başqa
kimsədə görmürdülər.
Xalqımızın ürəyindən, vicdanından qopub gələn ən köklü, ən dərin istək bəlli olmuşdur:
“Qurtuluş”. Məhz o cür çətin dönəmdə, xalqın bu qədər xilas olmağa meyl etdiyi bir vaxtda ürəyi Vətən
üçün döyünən, “Hər bir xalq üçün, hər bir millət üçün milli azadlıqdan və müstəqillikdən şirin, əziz
nemət yoxdur.” deyən Heydər Əliyev bu istəyə biganə qala bilməzdi. O da yaxşı bilirdi ki, kəskin zəka,
itigöz, aydın düşüncə siyasət dünyasında sağlam toxumlar əkər.
Ölkədə sosial-iqtisadi böhranın artması xalqın yaşayış şəraitini hər gün daha da ağırlaşdırır,
böyük problemlər yaradırdı. Məhz 1993-cü ilin 09 iyun tarixində Ulu öndərin xalqın səsinə səs
verməsindən sonra uzaqgörən və müdrik siyasət nəticəsində ölkəmizdə vəziyyət stabilləşdi, tükənməz
təbii sərvətlərimiz xalq üçün istifadə olundu, ölkədə hərc-mərcliyə, özbaşınalığa son qoyuldu, vahid
ordu yaradıldı.
Heydər Əliyev yaxşı bilirdi ki, neçə müddətdir yalnız öz mənafeyini düşünən, ölkəni əlində
oyuncağa çevirən dırnaqarası “liderlərin” qeyri-peşəkar siyasətindən sonra müharibəni davam etdirmək
çıxış yolu deyildi. Elə buna görə də Azərbaycan-Ermənistan münaqişəsində atəşkəsə nail olundu.
Qurtuluş qığılcımlarından alovlanan Azərbaycan artıq dirçəlişə doğru addımlayır, burada yaşayan hər bir
vətəndaş irqindən, dinindən, siyasi düşüncəsindən asılı olmayaraq siyasi müstəqilliyə sahib olurdu. O
dövr qısa müddət ərzində Heydər Əliyev dahi şəxsiyyət ünvanını fəth etmiş, dünya dövlətlərinin
qəhərman bir liderinə çevrilmişdi.
Azərbaycana həmişə iştahla baxan iri dövlətlər artıq bilirdilər ki, Heydər Əliyev Azərbaycana öz
mənafeyi və istəklərinə görə deyil Vətən naminə bağlıdır. Bu sevginin qarşısını almaq olmaz. Çünki
Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda
azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi həlledici rol oynayırdı.
Heydər Əliyevin qayıdışından başlanan xilaskarlıq missiyasının təməlində “güclü dövlət,
səmərəli iqtisadiyyat, azad insan amili “ kimi faktorlar dayandığı üçün zamanın dəyişən şərtləri və
ehtiyacları ona heç zaman mənfi təsir etməmiş və etməyəcəkdir.
Bugün Heydər Əliyev düşüncə və fəlsəfəsinin davamçısı və qoruyucusu, siyasət səmasında
parıldayan ulduz sayılan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, "Dəmir
Yumruq” İlham Əliyev demokratiyanın bütün ünsürləri, azadlığın hökm sürdüyü, ərazi bütövlüyü tam
təmin olunmuş Azərbaycanda ustaca və rahat şəkildə liderlik edir.
Bir vaxtlar “Müstəqil Azərbaycan əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və
Azərbaycanın bugünki gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır” deyən Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində bugün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında
bütün dünyaya möhtəşəm yüksəliş dinamikasını nümayiş etdirir.
Xalqımız hər zaman dünya tarixində izqoyan, Vətəni şöhrəti, şanı, sevinci, qüruru, əzəməti kimi
görən ən böyük Azərbaycanlını – Heydər Əliyevi, xalqı öz arxasınca aparmış lider kimi xatırlayacaq və
onun yolundan heç bir zaman dönməyəcəkdir.
Yəhya Ələkbərov,
Sabirabad rayon Nəsimi kənd tam orta məktəbin direktoru