isaznow.com
Az Iw En Ru

Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib

Hər bir xalqın tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır. Həmin o dahi insanlar öz
xalqını arxasınca aparıb, yüksək zirvələr fəth etmişlər. Gedilən yolda çətin məqamlar da olurdu və
həmin məqamlarda bütün yükləri öz çiyinlərinə götürərək xalqını canı bahasına qorumağa çalışıblar.
Ümummilli liderimiz Heydər Əliyev də həmin dahi insanlardan biri idi. O, dünya tarixində silinməz
izlər qoymuşdur. Ulu Öndərin canı bahasına Azərbaycanına, xalqına göstərdiyi xidmətlər bu gün də
unudulmamaqdır. Biz bu gün də fəxrlə deyə bilərik ki, Azərbaycan adı çəkiləndə Heydər Əliyev yada
düşür, Heydər Əliyev deyən zaman isə göz önünə Azərbaycan gəlir. Hər birimiz üçün bu qürur
mənbəyidir. Dahi şəxsiyyət hər zaman belə deyərdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun
qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”
1993-cü ilin iyun ayına qədər olan dövrü, yaşananları – qardaş qırğınını, xaosu, darmadağın
edilən Azərbaycanın vəziyyətini o dövrdə yaşayanlar canlı olaraq görüblər, gənc nəsil isə tariximizi
oxuyaraq, atalarından, babalarından eşidərək öyrəniblər. 1993-cü ilin 15 iyununda məhz Ulu Öndərimiz
hakimiyyətə gəldi və onun sayəsində Azərbaycanımız silkindi özünə gəldi, dirçəldi. Həmin gün
Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Həmin gün tarixə Milli Qurtuluş günü kimi həkk oldu.  Heydər
Əliyevin yorulmaz fəaliyyəti ilə ölkəmiz iqtisadi uğurlara imza atdı, Azərbaycanın müstəqilliyi dünya
ölkələri tərəfindən qəbul edildi, diplomatik, siyasi münasibətlərin əsası qoyuldu. Azərbaycanımız
yoxdan var oldu. Bir sözlə, Azərbaycan dünyaya günəş kimi doğdu. Məhz həmin gün tariximizin ən
önəmli hadisəsi kimi  qeyd olunur. Bu gün biz bu önəmli hadisəni Qalib ölkənin Qalib vətəndaşları
olaraq qeyd edirik. Qalib ölkə olaraq qeyd etdiyin Milli Qurtuluş günün mübarək Azərbaycan!
Ulu Öndər daim xalqının qəlbində əbədiyaşardır. Nə qədər Azərbaycan varsa, Heydər Əliyev də
var olacaqdır. Biz xoşbəxt xalqıq, çünki, bizim Heydər Əliyev kimi dahiyanə şəxsiyyətimiz vardır. Ulu
Öndərimizin ən böyük arzusu canından çox sevdiyi Vətənini, Azərbaycanını bütöv görmək idi. Bəli bu
gün o arzu gerçəkləşib. Bu gün biz bütöv Azərbaycanın vətəndaşlarıyıq. Ali Baş Komandanımız atasının
açdığı tarixi cığırla irəliləyərək 44 gün ərzində xalq-ordu birliyi ilə Qarabağımızı işğaldan azad etməklə
Azərbaycanı bir daha dünyaya tanıtmaqla bərabər adını tarixə yazdırdı. Cənab Prezidentimiz İlham
Əliyev atasının arzusunu reallaşdıran övlad olaraq çox xoşbəxtdir. Məhz Qələbənin tamamilə
qazanılması xəbərini də xalqına Ulu Öndərin məzarı önündə çatdırdı.
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil Azərbaycan dövləti adı tariximizə
qızıl hərflərlə həkk olunmuş Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bundan sonra da Ulu
Öndərin müəyyənləşdirdiyi siyasi yolla inkişaf edən Azərbaycanımız Ali Baş Komandanımız İlham
Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq.
Sevinc Fətiyeva,
Sabirabad rayon Nizami kənd kitabxana filialının müdiri


16:37 15.06.2023