isaznow.com
Az Iw En Ru

Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır

Tarixə nəzər salsaq görərik ki, hər bir xalqın taleyini həll edən müəyyən günlər vardır. Və həmin günlər o
xalqın gələcəyini müəyyən edir. Azərbaycan xalqının da belə günlərindən ən önəmlisi tariximizə qızıl hərflərlə
yazılmış 15 iyun – Milli Qurtuluş Günüdür. İyunun 15-i Azərbaycan xalqı üçün doğurdanda qurtuluş günüdür,
qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında
müstəsna rolu olan, həmişə xalqına arxalanan Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevdir.
1991-ci ildə yenidən müstəqillik qazanmış Azərbaycan xalqı bu müstəqilliyin itirilməsi ilə üz- üzə
qalmışdı. Ölkədə hakimiyyət böhranı, hərc-mərclik, özbaşınalıq artıq xalqı öz arxasınca apara biləcək yeni bir
liderə ehdiyac olduğunu göstərirdi. Azərbaycan xalqı artıq başa düşürdü ki, ölkəni düşdüyü ağır vəziyyətdən
çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər
Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin
sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş
müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına
Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
rəsmi bayram kimi qeyd edilir.
1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan xalqı tərəfindən Prezident seçildi. Ümummilli
Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi
inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi
sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın
bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Azərbaycanı belə vəziyyətdən Heydər Əliyev dühası xilas etdi. O
dövrdə Yeni Azərbaycan Partiyası ilk addımlarını atırdı. YAP-ın yaranması Azərbaycanın siyasi həyatında ümid
çırağı yandırdı. Heydər Əliyevin siyasətə qayıtması Azərbaycan xalqının hakimiyyətə inamını qaytardı. Xalq
əmin oldu ki, artıq Azərbaycanı doğru yola çıxaracaq siyasi qüvvə mövcuddur və bu siyasi qüvvəyə görkəmli
dövlət xadimi Heydər Əliyev rəhbərlik edir. Ulu Öndərin rəhbərliyi altında Azərbaycan inkişaf etməyə qədəm
qoydu. Cəbhədə atəşkəs elan olundu, dağılmış ordunun yenidə qurulması üçün addımlar atıldı, iqtisadiyatımız
dirçəlməyə başladı. Bununla yanaşı Milli Ordunun formalaşdırılması, nizami silahlı qüvvələrin yaradılması,
torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. 1994-cü ilin may ayında atəşkəs
əldə edildi. Atəşkəs müqaviləsindən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Ölkə daxilində
yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan
istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Məhz bu müqavilənin Azərbaycanın
inkişafında mühüm rol oynaması hər birimizə məlumdur. Hedər Əliyevin ən böyük xidmətlərindən biri də
Azərbaycanı dünya miqyasında tanıtması oldu. Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş
Ulu Öndər Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı kimi yazılıb. Bugün Azərbaycan Dünyada
inkişaf etməkdə olan ölkələr sırasına daxil olmuşdursa, bu Ulu Öndərin gördüyü işlər, apardığı düzgün xarici və
daxili siyasətinin davamıdır. Heydər Əliyevin lider ölkələrə səfərləri, yorulmadan keçirtdiyi görüşlər
Azərbaycanın gələcəyinə hesablanmışdı. Bugünki Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi
Azərbaycandır.
Ümummilli Lider Qarabağa gedən yolu oğluna, Prezident Cənab +İlham Əliyevə vəsiyyət etmişdi. Və bu
vəsiyyət yerinə yetirildi. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər ordumuz 27 sentiyabr 2020-ci il tarixdə
başlamış 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın düşmən tapdağı altında qalmış Qarabağımız azad olundu.
Şəhidlərimizin canı və qanı bahasına düşmən əzəli torpaqlarımızdan qovuldu. Biz bugün qalib ölkəyik, biz bugün
güclüyük, biz bugün Vətən həsrəti çəkmirik, biz bugün özümüzü qürurlu hiss edirik, Ermənistan bugün
Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdu, bugün Azərbaycan iqtisadi və hərbi gücə sahibdir, bugün
Azərbaycan regionun ən güclü ölkəsidi.
Qazanılmış qələbədən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri də işğaldan
azad olunmuş ərazilərdə dağıdılmış evlərin, infrastrukturların yenidən qurulması, bərpa edilməsi, 30 il qaçqın
statusu ilə yaşamış əhalinin geri qaytarılmasıdır. Artıq azad olunmuş torpaqlarımızda yenidənqurma işləri aparılır.
Yollar çəkilir, infrastrukturlar yenidən qurulur.
Bu gün Azərbaycanın hərbi gücü artır, bu gün Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir, bu gün
Azərbaycanda sabitlik, təhlükəsizlik höküm sürür. Azərbaycan bu gün beynəlxalq aləmdə nüfuzlu bir mövqeyə
sahibdir. Siyasi və iqtisadi sahələrdə mühüm irəliləyişlərə nail olan Azərbaycanın bugünki uğurları Ulu Öndər
Heydər Əliyevin və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
yürütdüyü praqmatik siyasətin nəticəsidir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


15:37 15.06.2023