isaznow.com
Az Iw En Ru

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

15 iyun müstəqil Azərbaycanın tarixində unudulmaz, çox böyük əhəmiyyətə malik bir gündür.
Bu gün tarixə Milli Qurtuluş Günü olaraq düşüb və 1997-ci ildən Milli Məclis tərəfindən bayram günü
elan edilib.
Müstəqilliyinin ilk illərində xalqımız səriştəsiz və naşı rəhbərlər üzündən çox ciddi problemlərlə
üz-üzə qalmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. AXC-Müsavat cütlüyü həm
hakimiyyətə gəlmək üçün, həm də hakimiyyətə gəldikdən sonra ölkədə vəziyyəti daha da
ağırlaşdırmışdı. Düzgün olamayan xarici siyasət isə Azərbaycanın təklənməsi ilə nəticələnmiş,
Ermənistanın hərbi hücumları daha geniş vüsət almışdı. Ölkə daxilində ayrı-ayrı silahlı dəstələr öz
bildiklərini edir, talançılıq baş alıb gedirdi. Ölkənin və xalqın parçalanması qaçılmaz olmuşdu. Bəzi
separatçılar ölkədə ayrı-ayrı “respublikalar” yaratdıqlarını elan edirdilər. AXC-Müsavat hakimiyyətinin
səriştəsizliyi və xəyanəti ölkəni olmazın problemlərlə üz-üzə qoymuş, xalq çörək və ərzaq qıtlığından
əziyyət çəkrdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Bir sözlə, xalq və ölkə parçalanmaq, məhv
olmaq təhlükəsi ilə üz-üzə idi.
Belə bir çətin vaxtda xalqımız öz nicat yolunu Naxçıvanda yaşayan dahi şəxsiyyət Heydər
Əliyevə müraciət etməkdə gördü. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər
Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarix Azərbaycan xalqının həyatında bir dönüş
nöqtəsi oldu. Ulu Öndər öz iradəsi və düşünülmüş siyasəti ilə qısa zaman ərzində ölkəni öz axarına
qaytardı. Ölkədə daxili sabitlik təmin edildi, Ermənistanla atəşkəs müqaviləsi imzalandı, ölkə
iqtisadiyyatında yaşanan tənəzzül aradan qaldırıldı və Azərbaycan özünün davamlı inkişaf yoluna
qədəm qoydu. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb.
Əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Bakıya qayıtmasaydı, ölkəni Azərbaycan Xalq
Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələr gözləyirdi. Məhz Ulu Öndərin cəsarətli addımları,
xalqa, ölkəyə olan sonsuz məhəbbəti müstəqil Azərbaycanın qurtuluşunun əsası oldu. Xalq qarşısında
misilsiz xidmətləri əminliklə deməyə əsas verir ki, müstəqil Azərbaycanın memarı məhz Ümummlili
Lider Heydər Əliyevdir.  Dahi şəxsiyyətin ən böyük arzusu isə müstəqil Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi idi. Ulu Öndər bunun üçün yorulmadan çalışır, siyasətinin qayəsini ərazi
bütövlüyümüzü təmin etmək təşkil edirdi.
Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Cənab
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirməsi ölkəmizin
davamlı inkişafına, iqtisadi cəhətdən güclü dövlətə çevrilməsinə xidmət edib. Həyata keçirilən
düşünülmüş siyasət və düzgün strategiya nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilərək
ərazi bütövlüyümüz təmin edilib.  Bir zamanlar məcburi köçkünlərlə görüş zamanı Ulu Öndərin
səsləndirdiyi və getmək arzusunda olduğu Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və
Ağdam bu gün öz azadlığına qovuşub və bu əzəli torpaqlarımızda sürətli bərpa-quruculuq işləri həyata
keçirilir. Təbii ki, Azərbaycanın möhtəşəm Zəfərinin və bütün bu böyük işlərin təməlində Ulu Öndər
Heydər Əliyevin siyasi dəst-xətti dayanır. Bu siyasi dəst-xətti müasir dövrün tələbləri çərçivəsində
həyata keçirən cənab Prezident İlham Əliyev isə Azərbaycanın gələcək təhlükəsizliyi və tərəqqisinin
qarantıdır.  Xalqımız da əmindir ki,  qurtuluşdan başlanan yol Azərbaycanı tərəqqiyə, Zəfərə və yüksək
zirvələrə aparır.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi


01:33 15.06.2023