isaznow.com
Az Iw En Ru

Qardaşlığın dönməzliyinin təsdiqi

Azərbaycanla Türkiyə arasında tarixi münasibətlər hər iki dövlətin həm siyasi, həm də iqtisadi
maraqlarına əsaslanır. Böyük tarixi şəxsiyyətlər – Mustafa Kamal Paşa Atatürk də, Heydər Əliyev də
bu münasibətləri qardaşlıq münasibəti adlandırırdı və bu, indi özünün yeni tarixi və gərəkli
mərhələsindədir. Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan
bir millət, iki dövlətdir”. Bu kəlamlar Şuşa Bəyannaməsində də ifadə olunub.
Türkiyədə seçkilər Azərbaycanda da böyük siyasi həssaslıqla izlənildi və bu siyasi tədbirdə də
Azərbaycan Türkiyə ilə nəfəs-nəfəsəydi...
İkinci Qarabağ mharibəsində Türkiyə Azərbaycanın yanında idi. 2020-ci il noyabrın 10-da tarixi
Zəfər qazanıldı. Bu Zəfərlə Azərbaycan qədər Türkiyə də qürurlandı.
2021-ci il iyun ayının 15-də Azərbaycanla Türkiyə aarsında tarixi Bəyannamə imzalandı. Həm 
də Şuşa şəhərində. Bu Bəyannamə Şuşa Bəyannaməsi kimi tarixləşdi.  Bu Bəyannamə iki qardaş ölkə
arasında tarixi münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu.
Azərbaycanla Türkiyə arasında müttəfiqlik bu Bəyannamə ilə daha da genişləndi.
İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Zəngəzur dəhlizi böyük geosiyasi və
iqtisadi əhəmiyyətə malik oldu. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə
edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil
yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan
nəqliyyat layihəsidir.
Türkiyə dövlətinin Şuşa şəhərində konsulluğu açıldı.  Bu, hər iki ölkə vətəndaşlarının, iş
adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə
zəmanətdir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddətdə yenidən qurulacağına
inamdır. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var.
Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Həm də türkiyənin azərbaycana münasibətinni səviyyəsi
haqqında siyasi, diplomatik bir mesajdır.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi
əhəmiyyətini vurğulayaraq demişdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük
rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış
Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli
məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr,
iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə
olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox
böyük önəm daşıyır”.
15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində
“Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik
mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dövlət rəsmiləri ilə yanaşı
Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak ediblər. Tədbir
çərçivəsində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans
iştirakçılarına müraciəti oxundu. Bu tədbir Azərbaycanın dünyəvi dövlət olduğunun, Türkiyə ilə
qardaşlığının dönməzliyinin təsdiqi kimi tarixləşdi...
Əfsər Əzizov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi


03:41 14.06.2023