isaznow.com
Az Iw En Ru

Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşdi

Mayın 31-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı
Enerji Forumu çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər
Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı olmuşdur. Tədbirdə giriş
çıxış edən Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və bu sahədə
müəyyənləşdirilən yeni hədəflərlə bağlı fikirlərini bölüşmüşdür.
Tarixi həqiqətdir ki, Azərbaycanın uğurlu neft strategiyasının əsası ulu öndər Heydər Əliyevin
1993-cü ilin iyunundan etibarən ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən formalaşmağa
başlamışdır. Belə ki, birinci Qarabağ savaşında atəşkəsin əldə edilməsi ilə respublikada siyasi və
iqtisadi sabitlik təmin edilmiş, xarici sərmayələrin yatırılması üçün Azərbaycan cəlbedici ölkəyə
çevrilmişdir. 1994-cü ildə Bakıda ilk neft-qaz sərgisinin keçirilməsi Azərbaycana öz potensialını
beynəlxalq investorlara təqdim etməyə imkan yaratdı. Həmin ildə imzalanmış “Əsrin müqaviləsi”
ölkəmizin enerji ehtiyatlarından səmərəli istifadəsi ilə bağlı vəziyyəti kökündən dəyişdi və bununla da
dayanıqlı inkişaf və iqtisadi müstəqilliyin təməli qoyuldu, Azərbaycanı firavan gələcəyə daşıyan yol
xəritəsinin konturları müəyyənləşdi.
30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq etməkdə davam
edir. Bu gün enerji təhlükəsizliyinin milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutduğunu
vurğulayan cənab İlham Əliyev eyni zamanda qeyd edib ki, “Azərbaycan artıq nəhəng enerji
infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq
həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”. Avropa İttifaqı ilə
Azərbaycanın əməkdaşlığının çox sayda ortaq maraqları var və bu sahədə potensial getdikcə daha da
genişlənməkdədir. Ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan enerji sahəsində strateji
tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə
yanaşı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvü kimi bu istiqamətdə həyata keçirilən fəaliyyətə
mühüm töhfələr verir.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi


16:12 03.06.2023