isaznow.com
Az Iw En Ru

Bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər

Bakıda may ayının 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və
11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu.
Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Bu çıxış təkcə
sərgilərin fəlaliyyətə başlamasının bildirişi deyildi, şübhəsiz, açılış həm də sərgilərin
dövlətlərarası münasibətlərə, iqtisadi və siyasi əlaqələrə yeni yanaşmaların mahiyyətini də
tənzimləyəcək.
1994-cü ildə ilk dəfə neft və qaz sərgisinin keçirilməsi sonrakı dövrlər üçün bir başlanğıc
oldu. Həmin il “Əsrin müqaviləsi”nin imzalanması da bu başlanğıcın zəruri davamı idi. Nəzərə
alsaq ki, onda Azərbaycanın dövlət müstəqilliyi cəmi üç il idi bərpa olunmuşdu, onda bu
müqavilənin imzalanmasının əhəmiyyətinin nə olduğu daha əhatəli bilinər. Azərbaycanda
vətəndaş qarşıdurması yaranma ərəfəsində, Azərbaycanın torpaqlarının işğal edilməsi dövründə
belə bir müqavilənin bağlanması dövlətin iqtisadi dayanıqlığını təmin edirdi. Neft kəmərləri,
infrastrukturu olmayan bir ölkə üçün belə bir müqavilə dövlətçiliyin möhkələndirilməsində
olduqca mühüm əhəmiyyətə malik oldu.
ABŞ-ın və Böyük Britaniyanın Azərbaycanın bütün təşəbbüslərini dəstəklədiyini nəzərə
alsaq, qətiyyətlə deyə bilərik ki, Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu
əməkdaşlıq aparır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “Əhəmiyyətli
tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq
Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli
imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək.
Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və
Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir”.
Avropa İttifaqı ilə Azərbaycanın ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa
dair Anlaşma Memorandumu imzalaması, memorandumun uğurla yerinə yetirilməsi,
Azərbaycanın həm Avropa İttifaqının, həm də Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvü
olması da təsdiqləyir ki, Azərbaycan bu sahə üzrə də dünya dövlətləri üçün etibarlı tərəfdaşdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki,
görüləcək işlər çoxdur, TANAP və TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə
də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların
sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.
Çünki biz burada böyük sərmayə qoymalıyıq.
Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz -
“Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power”
sərgilərində çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanın siyasi nüfuzunun yüksəlişi reallığa,
gerçəkliyə əsaslanır. Azərbycan dünya dövlətlətinin siyasi ehtiramı ilə əhatələnib...
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri


21:09 02.06.2023