isaznow.com
Az Iw En Ru

İsrail və Azərbaycan arasında sıx tərəfdaşlıq əlaqələri mövcuddur

Bu gün Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Bu çox sevindirici və
qürurverici haldır. İki ölkə arasında dostluq əlaqələrinin kökü vardır. Bu kökü isə hələ sovet
dönəmindən öncə tarixən burada yaşayan yəhudi qardaş və bacıları olub. O vaxtdan da bu günə qədər
bizim münasibətlər yalnız inkişaf edib.
Məlumdur ki, Azərbaycanda Yəhudi icması əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük
dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu
töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız bizim
müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə
birgə vuruşublar.
İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol
oynayırlar. Bizim Dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə
bu təşkilat əsasən Azərbaycandan İsrailə köçmüş yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda
heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Onların iki ölkə arasında döstluq
əlaqələrinin möhkəmləndirilməsi işlərində böyük əməkləri vardır.
Bu günlərdə qurulan yeni münasibətlərimiz də çox yaxşı inkişaf edir. Bu yaxınlarda
Azərbaycanın İsraildə səfirliyi açılıb, hazırda mühüm layihələr həyata keçirilir, iqtisadi münasibətlər
inkişafdadır və hərbi texnologiyalarla münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusilə, kənd
təsərrüfatında İsrailin böyük bir təcrübəsi var və o layihələr indi Azərbaycanda, həm də Qarabağda
həyata keçirilir.
Bu və digər məsələlər may ayının 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail
Dövlətinin Prezidenti İsxak Hersoqla Azərbaycan Prezidenti cənab İlham Əliyevin təkbətək və
geniştərkibli görüşləri zamanı müzakirə edilib. Qeyd edilib ki, iki xalq arasında çox sıx əlaqələr
vardır. Azərbaycanda yaşayan yəhudilər ölkəmiz haqqında çox müsbət fikirlər ifadə edirlər. Onlar
Bakını əsl sevənlərdəndir. Həmçinin Azərbaycana və Bakıya yüzlərlə mahnılar bəstələyib, bizim
mədəniyyətimizi, qonaqpərvərliyimizi çox bəyənirlər. Münasibətlərimiz strateji münasibətlərdir. Biz
strateji müttəfiqik və bir-birimizə beynəlxalq arenada dəstəyik.
Xüsusi olaraq qeyd eilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində
uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin
müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və
dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə
imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində
özünü ən yaxşı tərəfdən göstərmişdir.
Zülfəli Musayev,
Sabirabad RİH başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


16:09 02.06.2023