isaznow.com
Az Iw En Ru

İsrail Prezidentinin ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək

Azərbaycanla İsrail arasında əlaqələr uğurla inkişaf edir. İsrailin Prezidenti İsxak Hersoqun
ölkəmizə səfəri dövlətlərimizin münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir.
Azərbaycanın xarici siyasətində İsrail Dövləti ilə əlaqələrin inkişafı mühüm yer tutur. Ötən illər
ərzində bu münasibətlər dinamik şəkildə inkişaf edib. Son illər isə bu dinamika əhəmiyyətli dərəcədə
artıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarında Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında
qərar qəbul olunub. Bu ilin əvvəlində isə səfirimiz həmin ölkədə rəsmən fəalyyətə başlayıb.
İsrail Prezidentinin ölkəmizə rəsmi  səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək.
Prezidentlərin mətbuata bəyanatlarında dövlətimizin başçısının dediyi kimi ölkələrimiz arasında  çox
fəal siyasi dialoq var: “Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək
səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq...
Nisbətən yeni əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə
fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin
milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi
bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və
özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”. Ölkələrimiz həmçinin müdafiə sənayesi
sahəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir
texnikalarından istifadə edərək müdafiə qabiliyyətini artırır.
İsrail Prezidenti İsxak Hersoq isə bizim əlaqələrimizin dərin köklərinin olduğunu vurğulayıb:
“Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi
icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük
töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə
müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə
biləcəyimiz bir baxışdır”.
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi


00:08 02.06.2023