isaznow.com
Az Iw En Ru

Sabirabad rayonunda "Unudulmaz Lider" mövzusunda dəyirmi masa keçirilib

"2023-cü il - Heydər Əliyev İli" çərçivəsində, Ulu Öndər Heydər Əliyevin
100 illik Yubileyi münasibətilə Sabirabad Heydər Əliyev Mərkəzində tədbirlərin
və ekskursiyaların keçirilməsi davam edir.
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabirabad rayon Şəhid
Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbinin müəllim və
şagirdləri Sabirabad Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Müəllim və şagirdlərə "Unudulmaz Lider" mövzusunda dəyirmi masa
keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti,
onun Azərbaycan tarixindəki rolu barədə, Ümummilli Lider Heydər Əliyevin
müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət
quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri haqqında geniş
məlumat verilib.


18:48 10.04.2023