isaznow.com
Az Iw En Ru

Ermənistan baş naziri özünün sərsəm iddiası ilə dünya qarşısında özünü bir daha gülünc vəziyyətə saldı

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının toplantısına qonaq qismində dəvət
edilməsi dövlətimizin başçısının yüksək nüfuzunun göstəricisidir. Tədbirdə Prezident İlham Əliyev
dərin məzmunlu çıxış edərək ölkəmizin iqtisadi imkanları və təşkilata üzv ölkələrlə fəal əlaqələri
haqqında ətraflı məlumat verdi.
Azərbaycan Avrasiya İqtisadi Birliyində təmsil olunmasa da, təşkilatın üzv dövlətləri ilə çox
yaxşı əlaqələri mövcuddur. Ermənistan istisna olmaqla, üzv ölkələrlə geniş iqtisadi münasibətlər var.
Cənab Prezidentin dediyi kimi, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz
artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38
faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində
payı 9 faizə yaxın olub.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin
coğrafi kəsişməsində yerləşməsinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin nəqliyyat-logistika
infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Prezident İlham Əliyev
həmçinin ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq
dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli
sürdüyünü xatırladıb. Lakin Ermənistanın baş naziri əsassız olaraq “Zəngəzur dəhlizi” ifadəsini ərazi
iddiası kimi qiymətləndirib. Dövlətimizin başçısı isə bu iddianın absurd olduğunu tutarlı arqumentlərlə
əsaslandırıb.
Moskvada Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin üçtərəfli zirvə görüşündə də əsas
müzakirə mövzularından biri kommunikasiyaların blokdan çıxarılması olub. Məlumdur ki, bölgəmizin
əksər dövlətləri, o cümlədən Rusiya burada yeni nəqliyyat marşrutlarının açılmasına maraq göstərir və
buna çalışır. Məlum geosiyasi səbəblərdən Rusiya üçün -Cənubi Qafqaz nəqliyyat marşrutları sistemi
xüsusi önəm daşıyır.
Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə imkanları
yaradır. Bu, Türkiyə ilə coğrafi əlaqələrin daha da yaxşılaşması baxımından da çox önəmlidir. Nəzərə
almaq lazımdır ki, bu, Rusiya üçün dəmir yolu kommunikasiyaları sistemi vasitəsilə Türkiyəyə, onun
Aralıq dənizi limanlarına və müvafiq olaraq regionun qonşu ölkələrinə birbaşa çıxışı təmin edə biləcək
əlavə marşrut olacaq. Bu səbəblərdən hər iki tərəfin maraqlarının üst-üstə düşməsi Zəngəzur dəhlizinin
reallaşması çərçivəsində işlərın daha da fəallaşacağını deməyə əsas verir. Əlbəttə ki, bu layihə
Ermənistanın üçün də iqtisadi dividentlər vəd edir. Lakin rəsmi İrəvan Zəngəzur dəhlizinin özü üçün nə
qədər əhəmiyyətli olduğunu anlamır. Bu səbəbdən də ermənilər bu mövzuda əsassız və qeyri-ciddi
bəyanatlar verirlər. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, indiyədək Ermənistan beynəlxalq və
regioanl layihələrdən kənarda qalıb. Ona görə də, beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətini
dəyərləndirmək imkanında deyil.
Zülfiyyə Abışova,
Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin direktoru


17:03 30.05.2023