isaznow.com
Az Iw En Ru

Litva “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın
Litvaya rəsmi səfəri iki ölkə arasında yeni münasibətlərin inkişafında önəmli addımlardan biridir.
Prezidentin Litvaya sayca 4-cü səfəri çərçivəsində keçirdiyi görüşlər, bir sıra mühüm sənədlərin
imzalanması və biznes forumun təşkil olunması əlaqələrimizin daha da genişlənməsindən xəbər verir.
Azərbaycanla Litva arasındakı əlaqələrin tarixi kökləri var. Litva 1991-ci ildə Azərbaycanın
müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycan-Litva münasibətlərinin genişlənməsi ilə bağlı gördüyü möhtəşəm işlər
sayəsində bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq həddinə çatıb.
44 günlük Vətən müharibəsindən sonra bölgədə və ölkəmizdə yaranmış yeni reallıqlar fonunda
Prezident İlham Əliyevin Litvaya səfəri qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma
və prinsiplərinə əsaslanır: “Bu da strateji tərəfdaşlıq münasibətlərinin getdikcə inkişaf etməsi üçün yeni
imkanların açılması deməkdir. Azərbaycan Prezidenti mətbuata açıqlamasında da dediyi kimi, görüşdə
regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi aparıldı. Litva Prezidenti Azərbaycan-Ermənistan
sülh danışıqları haqqında məlumatlandırılıb. İlham Əliyev çıxışında Azərbaycan torpaqlarının uzun
illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu bir daha xatırladıb və bir milyon
azərbaycanlının erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşdüyünü,
ərazilərimizin təxminən 20 faizinin işğal altında qaldığını bildirib
Son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri
genişlənməkdədir. Prezidentimizin müxtəlif ölkələrə səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının
Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin
keçirilməsi, mühüm sənədlərin imzalanması və mətbuata görüşlərin nəticələri barədə bəyanatların
verilməsisəfərin məhsuldar keçdiyinə dəlalət edir. İki ölkə arasında indiyədək 50-dək sənəd imzalanıb
ki, bunların da içərisində 2007-ci ildə Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və
Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə”
xüsusi yer tutur. Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli
ölkədir. Həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. Litva isə Azərbaycan-Avropa İttifaqı
əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdəndir. Azərbaycan Litvanın ən yaxın tərəfdaşlarından
biridir.
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri


17:35 25.05.2023