isaznow.com
Az Iw En Ru

Sabirabad rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Sabirabad rayonunda müxtəlif
istiqamətlər üzrə Ümummilli Liderin həyat və fəaliyyətinə dair silsilə tədbirlər davam etdirilir.
Belə ki, 23 may 2023-cü il tarixdə Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə
Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsi milli
sərvətimizdir” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları öncə müasir müstəqil
Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı
uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad
etdilər.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH-nin
məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabirabad rayon təşkilatının fəal
üzvləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları,
ağsaqqallar, ziyalılar, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Sabirabad rayonu Şıx Salahlı kənd sakini, təqaüdçü Bəylər
Heydərov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, müasir
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən
azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider
Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu
Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi
dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin
olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bu gün
müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
Güləndam Səmədova, N.Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki fənlər
təmayüllü məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova, H.Z.Tağıyev adına 6 saylı şəhər tam
orta məktəbin 9-cu sinif şagirdi Füruzə Bəşirzadə Ulu Öndər Heydər Əliyevlə bağlı fikirlərini
bölüşmüşlər.
Tədbirin sonunda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqqədin Cabbarov
qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün
tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni
Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən
etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik
iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər
Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə
bilərik ki, Ümummilli Liderimizin siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla və
inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir
müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.


22:00 23.05.2023