

Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad Regional Mədəniyyət
İdarəsinin və Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə
“Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin
Cabbarov, RİH əməkdaşları, YAP Sabirabad rayon təşkilatının fəalları, hüquq-
mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyətin
nümayəndələri və tələbələr iştirak ediblər.
Heydər Parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
rayonumuzun tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən
bayram konserti sabirabadlılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Sonadək
izdihamla müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa
ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların
sevdikləri nəğmələr onlara ərməğan olunub.
Tədbirdə kollec tələbələri tərəfindən fləşmob nümayiş olunub. Fləşmobda
“Heydər Əliyev 100” yazısını və Ulu Öndərin imzasını əks etdirən kompozisiyalar
yaradılıb.
Sonda Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Sabirabad
şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin
hazırladığı konsert proqramı ilə davam edib.