

Ümummilli Liderin 100 illiyi ilə bağlı cənab Prezident İlham Əliyevin Şuşada bəyanatı tarixi
hadisədir. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Şuşada bir çox yaşayış məntəqələrinin,
küçələrin əsasının qoyulması, bir çox açılışların olması, Qarabağda bir çox rayonlarda kəndlərin
əsasının qoyulması Ulu Öndər Heydər Əliyev ideyalarına ən böyük sədaqətdir. Cənab Prezident
bununla Heydər Əliyevin ruhuna böyük ehtiram göstərdi.
Heydər Əliyev qurucu lider olub, sovetlər dövründə də Azərbaycanı müasirləşdirib, tikib,
qurub, ön sıralara gətirib və bunu cənab Prezident xüsusi olaraq qeyd etdi. Bütün sahələrdə
Azərbaycanı inkişaf elətdirib. Müstəqillik dövrünün əsasını qoyub. Həm kadrların hazırlanması
baxımından, həm sənaye-kənd təsərrüfatı baxımından. Azərbaycanın inkişaf etməsini, sovetlər
birliyində ön sıraya çıxmasını, tanınmasını təmin edib. Cənab Prezident müstəqil Azərbaycan
dövlətinin qurulması, güclənməsi, Azərbaycan Konstitusiyasının qurulması, Azərbaycanın bir milyona
qədər məcburi köçkününün olduğu bir zamanda, torpaqların işğal olduğu bir zamanda Azərbaycanın
müstəqilliyinin əbədi etməsi, dövlət strukturlarının qurulması, xaricdə tanıtması, Azərbaycan
Ordusunun qurulması baxımından mühüm xidmətlər etdiyini bir daha xatırladıb.
İlham Əliyev bəyan etdi ki, Azərbaycan xalqı böyük zəfər qazanaraq Heydər Əliyev yolu ilə
irəli gedir və Heydər Əliyev yolu alternativsizdir.
Şuşadakı bu bəyanatın tarixi əhəmiyyəti var. O binanın qarşısından 8 noyabr 2020-ci ildə
Azərbaycan hərbçiləri cənab Prezidentə raport veriblər, Azərbaycanın üçrəngli bayrağını qaldırıblar və
Şuşanın Azərbaycanın baş tacı olduğunu, mədəniyyətimizin beşiyi olduğunu, Azərbaycanın qürur
mənbəyi olduğunu xüsusi olaraq qeyd ediblər. Bu Azərbaycan tarixi üçün çox böyük əlamətdar bir
hadisədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu
istiqamətində çox böyük addımlar atılıb. Xüsusilə Qarabağın işğaldan azad edilməsi, güclü ordu
qurulması, iqtisadiyyatımızın güclənməsi, Azərbaycan gənclərinin xaricdə təhsil alması və digər bütün
sahələrdə Heydər Əliyev siyasəti zəfər çalıb və İlham Əliyev bu bəyanatı Ali Baş Komandan kimi,
cənab Prezident kimi Şuşadan, məhz özünün dediyi kimi xalqa müraciət etməsi Azərbaycanın siyasi,
hərbi tarixində böyük bir tarixi hadisədir, böyük zəfərdir. İlham Əliyev qalib sərkərdədir və qalib bir
ordunun Ali Baş Komandanıdır, qalib bir xalqın lideridir, prezidentidir və Heydər Əliyev siyasətinin ən
layiqli davamçısıdır.
Heydər Əliyev ilində keçirilən tədbirlərin dünyanın hər bir yerində, o cümlədən Azərbaycanda
çox böyük əhəmiyyəti var. Həmin günlərdə Heydər Əliyev Fondunun Şuşada, Cıdır düzündə Xarı
Bülbül festivalını keçirməsi də çox böyük bir tarixi hadisədir. Ölkə başçısının bu tədbirlərdə iştirakı və
Şuşada belə böyük açılışlar etməsi, qısa müddətdə Qarabağın abadlıq, quruculuq işləri Ulu Öndər
ideyalarının bir daha alternativsiz olduğunu göstərir”.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri