isaznow.com
Az Iw En Ru

Şuşa- mədəniyyətimizin, dövlətçiliyimizin, tarixiliyimizin, Qələbəmizin simvoludur!

Mayın 10-da Prezident, Ali Baş Komandan Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə təbrik
müraciətində bildirir ki, “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki,
mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin
rəmzidir, Şuşa Zəfərimizin tacıdır”. Bu təbrik müraciətinin  məhz Şuşadan edilməsinin də rəmzi
mənası  var. Şuşa- mədəniyyətimizin, dövlətçiliyimizin, tarixiliyimizin, Qələbəmizin simvoludur!
Çünki Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz! Ümummilli liderimiz Heydər Əliyev
inanırdı və hər kəsi də inandırırdı “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki
gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim
mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da
belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik.
Təsəvvür edə bilmərik”. Bu yalnız  bir siyasətçinin, dövlət rəhbərinin deyil,  həm də bir vətəndaşın
Vətənə olan sevgisinin, torpağına, təbiətinə, tarixinə olan sədaqətinin ifadəsi idi.  Və bu biz artıq
Qarabağdayıq, Şərqi Zəngəzurdayıq!
Dünya masştabında  ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi
kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev  zəmanəmizin ən yüksək
zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutmuşdur. Xalqımızın yaddaşında
yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadan, Ulu Öndər bütün dövrlərdə öz doğma xalqına
sədaqətlə xidmət etmişdir.   Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 1969-1982-ci 
illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm
də elmin, təhsilin,  mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalmışdır. Məhz həmin dövrdə gələcək
müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşmış, həyatımızın
bütün sahələrində köklü islahatlar aparılmışdır. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın
quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi
tanınırdı. Onun yeganə sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk
illərindən qəti adddımlar atmaqla respublikaya olan bu münasibəti dəyişəyə  nail oldu.
Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və
fabriklər istifadəyə verildi. Yaradılmış yeni işləri əsasında  insanların rifah halı daha da yaxşılaşdı. Ulu
Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi
və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının
oyanışına güclü təkan vermişdir.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru


18:50 12.05.2023