

10 may müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi,
xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Bu gün xalqımız
Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə
qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng
quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını
yaratmış tarixi şəxsiyyət kimi həkk olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr
tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir
tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb
dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz
nümunəsidir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər
Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur
mənbəyinə çevirmişdir.
Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi
respublikamızın hər yerində olduğu kimi, Sabirabad rayonunda da silsilə tədbirlərlə qeyd
olunub.
Mayın 10-da “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.
Ulu Öndərin adını daşıyan Heydər Parkında Ulu Öndər Heydər Əliyevin 100 illik
yubileyi münasibətilə ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə
keçirilən bayram konserti sabirabadlılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Sonadək
izdihamla müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf
olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri
nəğmələr onlara ərməğan olunub. “Axısxa Halay Türk Folklor” rəqs qrupunun təqdim etdikləri
rəqs nümunələri maraqla izlənilib.
Konsert proqramının sonunda təşkil olunan atəşfəşanlıq mənzərəsini tədbir iştirakçıları
böyük maraqla izləyiblər.