

Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi
şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
Sabirabad rayonunda silsilə tədbirlər davam etdirilir.
Mayın 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad
Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
ümumrayon tədbirinin rəsmi hissəsi keçirilmişdir. Tədbirdə Sabirabad Rayon İcra
Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə
orqanlarının rəhbərləri, YAP Sabirabad rayon təşkilatının fəal üzvləri, idarə, müəssisə
və təşkilatların əmək kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar,
ziyalılar, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Sabirabad şəhərinin
mərkəzindəki ucaldılan əzəmətli heykəlini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini
dərin ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin
həyatını əks etdirən foto guşəyə və rəsm sərgisinə baxış keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli
Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəki fəaliyyəti ilə bağlı geniş
məruzə ilə çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin doğum günü tariximizin
ən parlaq məqamlarındandır. Bu baxımdan Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı
tədbirlər silsiləvi və kütləvi xarakter daşıyır. Həmçinin RİH başçısı hər zaman qəlbi vətən
eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və
Azərbaycanımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından, qardaş
mühabribəsindən yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış
yolu tapan müdrik lider Heydər Əliyevin həyatından, Azərbaycan tarixindəki və
beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda,
ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın
rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə verdiyi töhfələrdən,
eləcə də Ümummilli Liderin Sabirabad rayonunun inkişafında misilsiz rolundan danışıb.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini
əks etdirən “Əsrin adamı” adlı video-çarx nümayiş olunub.