isaznow.com
Az Iw En Ru

Səadət Şükürovaya YÜKSƏK ETİMAD

Azərbaycanı İsraildə layiqincə təmsil edən,əslən Qubalı, Kanal24.az -ın rəhbəri Səadət Şükürovaya yüksək etimad göstərilib.Belə ki,həmyerlimiz  İsraildə fəaliyyət göstərən Amerikanın "Donna Grasiya" mərkəzinin direktoru,eyni zamanda  "AZİZ" Təşkilatının keçirdiyi  4-cü Qurultayında vitse prezident seçilib.Xatırladaq ki təşkilatın sabiq prezidenti Lev Spivakın yerinə əslən Qubanın Qırmızı Qəsəbəsindən olan Adam Amilov seçilib.Eyni zamanda Səadət Şükürova İsrailov və Yeganə Salman da təşkilatın vitse prezidentləri seçiliblər.İsraildə fəaliyyət göstərən dünya miqyasında tanınan təşkilatın rəhbərliyinin hər üçünün Azərbaycanlı olması da olduqca qürürvürici bir hadisədir.Biz də öz növbəmizdə başda Səadət xanım Şükürova olmaqla Adam Amilov və Yeganə xanım Salmanı yeni vəzifələri münasibəti ilə təbrik edir,işlərində yeni-yeni uğurlar arzulayırıq.İnanırıq ki,həmyerilərimiz fəaliyyətlərində hər zaman olduğu kimi İsrail-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəklər.


01:22 12.05.2023