isaznow.com
Az Iw En Ru

İsraildə yaşayan Yəhudi əsilli azərbaycanlı Səadət Şükürova İsrailov tərəfindən “ Ulu Öndər və yəhudilər” adlı sənədli filmin çəkilişinə başlanılıb.

Azərbaycan dünyanın tolerantlıq mərkəzidir. Biz bunu gündəlik həyatda müşahidə edirik.
Bildiyimiz kimi iki yüz ildən artıqdır ki, yəhudilər Azərbaycanda heç bir torpaq iddiası etmədən, bu torpaqda yaşayırlar.
Oxşar taleli, kök bağlılığı olan yəhudilərin, Azərbaycan torpağını Ana Vətən adlandırmaları, böyük sevgi və rəğbət bəsləmələri ilə Azərbaycanda heç vaxt antisemitizm olmadığından xəbər verir
Bundan başqa yəhudi əsilli Azərbaycanlılar, hansı ölkədə yaşamalarına baxmayaraq , yaşadıqları ölkədə Ana Vətənləri Azərbaycanı yaxşı mənada təbliğ edirlər.
Hətda,Ulu öndər Heydər Əliyev demişdir ki,Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, yəhudilərin iki ürəyi var.
Ürəyin biri olduqları ölkə, digəri isə İsrail üçün döyünür” !
Ulu Öndər həmçinin, “yəhudilər Azərbaycan torpağında tam sərbəst yaşaya bilərlər “- fkirini də hər zaman söyləmişdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi,-
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı İsraildə “ Ulu Öndər və yəhudilər” adlı sənədli filmin çəkilişinə başlanılıb.


18:20 10.05.2023