isaznow.com
Az Iw En Ru

Ulu Öndər Azərbaycan dövlətinin xilaskarı və qurucusudur

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına
həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. İctimai-siyasi quruluşdan
asılı olmayaraq, Ulu Öndər bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə
aparıb. Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına,
milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin toxunulmadan, olduğu kimi saxlanılmasına
çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev
bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın
müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və
dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu
gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil
Azərbaycan yaşayacaqdır".
Müasir müstəqil Azərbaycan dövlətinin önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin
adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrü Azərbaycan
tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev
strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın
bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün
dünyada lider mövqeyə yüksəlib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev
zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə xilaskar kimi daxil olmuş Ulu Öndəmiz xalqımızın
taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.
Bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər
Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş
sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı
inkişafının təməlini Heydər Əliyev yaradıb. Bu gün Azərbaycan onun yaratdığı fundamental təməl
üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasındadır.
Ulu Öndər əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail
olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməklə Zəfərə aparan yolun əsasını
qoyub. Sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin
rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa edib. Heydər Əliyevin müstəqillik
dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun
başlanğıcı olub.
Ulu Öndərin apardığı siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə
qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha
qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.
Ulu Öndər Heydər Əliyev qürur hissi ilə deyərdi - "Mən həmişə fəxr etmişəm, indi də fəxr
edirəm ki, mən azərbaycanlıyam...". Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi
bir övladı olub. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi qədirbilən
xalqımız tərəfindən daim anılacaq və seviləcəkdir.
Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi


15:43 10.05.2023