isaznow.com
Az Iw En Ru

Misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi

Dünya tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin,
yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri,
əks-sədaları ilə müəyyənləşir, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından
üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün
varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider
Heydər Əliyev məhz belə Lider olmuşdur. O, çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza
rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası,
zəngin dövlətçilik irsi göstərmişdir.
Ulu öndər bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz
fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq
qazanıb.
Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli
dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünü təsdiq imkanı qazandırıb, müstəqil dövlətdə
yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-
mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və
prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi
təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın
milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvəllərin yaradılması, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və
diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati
əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət
almış, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil etmişdir.
Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər
Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq
hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Onun
fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin
edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar
islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub. Azərbaycan daxilində yaranmış nisbi
sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin
sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun
gerçəklənməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Dahi rəhbərin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokrtaik dövlətlərinin və aparıcı
ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı
dəyişməsinə nail ola bilib.
Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq
müqavilələrə imza atılıb və onların həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin təşəbbüsü ilə böyük
siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan
aparıcı rol oynayıb.
Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini
birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığına bilavasitə dəlalət edir.
Ölkəmizin son illərdə Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması
faktı da onun şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiqləyir. Bütün bunlar Heydər Əliyev irsinin,
Heydər Əliyev ideyalarının ölkəmizin müasir inkişafının ideya əsasları rolunu uğurla oynamasına
sübutdur.
Zəngin irsin, hərtərəfli düşünülmüş strategiyanın həyatın gerçəkliyinə çevrilməsi daha bir vacib
faktordan bilavasitə aslıdır. Bu, heç şübhəsiz, lider faktordur. Məhz yeni dövrün yetişdirdiyi lider
ideyanın bütün əzəmətini dərk etmək və onu yeni şəraitə maksimum uyğun olaraq gerçəyə çevrilmək

qüdrətinə sahib olur. Heydər Əliyevdən sonrakı dövrün belə bir fenomenal liderinin İlham Əliyev
olduğu artıq özünü qəti şəkildə təsdiqləyə bilmişdir.
Cənab İlham Əliyevin müasir Azərbaycan siyasətində qüdrətli bir fenomen olaraq meydana
çıxması mahiyyət etibarı ilə Heydər Əliyev siyasətinin məntiqi davamı və yeni keyfiyyət halında
inkişaf etdirilməsidir.
Əminliklə deyə bilərik ki, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi,
ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və son 18 ildən çox
zaman kəsiyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keyfiyyətcə yeni
müstəvidə davam etdirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar
münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat
səviyyəsi yüksəldilmişdir.
Ölkəmizdə uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin də xüsusi payı
vadır. Azərbaycanın Birinci xanımı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği,
elm, təhsil, səhiyyə və idmanın inkişafı, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq,
hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması üçün
həyata keçirdiyi çoxsaylı tədbirlərlə böyük layihələrin müəllifinə çevrilmişdir.
Bir həqiqətdir ki, regionun ən güclü dövləti olan Azərbaycanda Heydər Əliyev siyasi kursuna
olan xalqın etimadı və Prezident İlham Əliyevin yüksək nüfuzu və yorulmaz əməyi dayanır. Bu inam
məhz cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib.
Hamımıza yaxşı məlumdur ki, Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa
cənab İlham Əliyev fenomenal istedad sahibi olmasının göstəricisidir. 44 günlük  Vətən müharibəsində
qələbənin əldə olunması müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının
nəticəsidir. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur. Cənab İlham Əliyev xalqın
alternativsiz lideri və xilaskarıdır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri
qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu
darmadağın etdi.
Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirərək, Ermənistanı məğlub etdi.
Azərbaycanın “Dəmir Yumruğu”u ermənilərin  belini qırdı.
Görürük ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatını davamlı inkişaf etdirir, 30 il ərzində xarabazara
çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldir, Azərbaycanı yeni zirvələrə doğru aparır.
Bu il mötəbər bir İldə-Heydər Əliyev İlində Dahi Şəxsiyyətimizin anadan olmasının 100-cü
ildönümü ərəfəsində böyük qürur hissi ilə bir daha qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər
Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub.
Dahi Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli
mənlik  şüurunun formalaşmasının əsasını qoyub. Xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslanması,
sarsılmaz və əbədi olması, Azərbaycanın uğurlu inkişaf yolu keçməsi  bu gün Yeni Əsrin, Yeni Lideri-
cənab İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində öz təsdiqini tapmaqdadır.
Solmaz Səmədova,
Sabirabad RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş
məsləhətçisi


02:42 10.05.2023