

Sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil
olmuşdu. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan
respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi
bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl ölkəyə çevrildi, sənayesi inkişaf etdirildi,
güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı,
milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında
böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən
idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində
Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol
oynadı.1993-cü ildə xalqın tələbi və təkidi ilə ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki
olaraq Azərbaycanı fəlakətlərdən qorudu. Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər
Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və
sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi,
böyük neft sazişləri imzalandı. Ölkəmizin bugünkü iqtisadi-siyasi, sosial-hüquqi, elmi-mədəni
səviyyəsi Ulu Öndərin vaxtı ilə gördüyü işlərin əməli nəticəsidir. Onun rəhbərliyi ilə milli
iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması, azad sahibkarlar və
mülkiyyətçilər təbəqəsinin formalaşdırılması xalqın rifahının yüksəldilməsinə xidmət edirdi. Dahi
Lider çox yaxşı bilirdi ki, mövcud sosial-iqtisadi sistemdən yeni sistemə keçid bir sıra problemləri üzə
çıxarır. Ölkədə yaranmış xaotik vəziyyət iqtisadiyyatda da öz mənfi təsirlərini göstərmişdi. Lakin o,
bütün məsələləri həll etmək üçün gərgin işləyir, vətəndaşlara yaranmış yeni reallıqları və çıxış
yollarını səbrlə, təmkinlə izah edir, eyni zamanda, stimul yaradırdı. 1993-cü ildə Bakı Kondisioner
zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı
zamanı bu məsələlərə toxunan Ulu Öndər deyirdi ki, “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən
sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan
səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş
Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola
keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra
dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi
bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması
üçün şərait yaratsın.”
Ümummilli Lider Heydər Əliyev özəlləşdirmə, mülkiyyət münasibətlərinin tənzimlənməsi
sahəsində mühüm dövlət tədbirləri həyata keçirmişdi. 1996-cı ildən etibarən isə MDB məkanında ilk
dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda
başlandı. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycanda həyata keçirilən
özəlləşdirilmə, torpaq islahatları kimi geniş miqyaslı islahatlar nəticəsində mənzil fondu və torpaq
sahələri də daxil olmaqla yüz minlərlə dövlət əmlakı xüsusi mülkiyyətə verilmişdi. Azərbaycanın
iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici
investisiyanın Azərbaycana cəlb olunması və onlara imkanların yaradılmasına xüsusi diqqət verən Ulu
Öndər bu məsələni əsas vəzifələrdən biri olaraq vurğulayırdı. 1998-ci ildə “Kürdaşı” dəniz blokunun və
“Cənub-Qərbi Qobustan”, “Kürsəngi-Qarabağlı” bloklarının birgə işlənilməsi haqqında ARDNŞ ilə
xarici neft şirkətləri arasında müqavilələrin imzalanması mərasimində öz çıxışında bu amili önə
çəkərək bildirirdi ki, “Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata
keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda
əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait
yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır.”
Ulu Öndər Heydər Əliyev deyirdi ki, “ İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. O,
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu tezisi reallaşdırmışdı. Və tarix də sübut edir ki,
Ümummilli Lider nə qədər haqlı idi. Sovet dövründə iqtisadi cəhətdən geri qalan bir ölkəni, qısa
zamanda qabaqcıl respublikaya çevirdi. Ağır və yüngül sənayenin, kənd təsərrüfatının, neft-kimya
sənayesinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, açılan zavod və fabriklər buna əyani misaldır.
Eləcə də müstəqillik zamanında iqtisadi böhran yaşayan Azərbaycan, məhz Ulu Öndərin həyata
keçirdiyi iqtisadi islahatlar nəticəsində dirçəlməyə başladı. Bütün bu proseslərdə hər zaman qadınların
özünəməxsus iştirakı olub. Onların fəaliyyətini yüksək qiymətləndirən Heydər Əliyev qadınlarımızın
iqtisadiyyatının müxtəlif sahələrində daha irəli getməsi, uğurlar qazanması üçün bütün imkanları
yaradırdı.
Bir çox tanınmış alimlər, tədqiqatçılar qeyd edirlər ki, “Müasir dövrdə qadınların ictimai
həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil”. Ancaq
Ulu Öndər hələ keçən əsrin 70-ci illərindən başlayaraq, qadınların aktiv iştirakı üçün şərait yaradır,
onları motivasiya edirdi. O, hər zaman deyirdi ki, qadınların iqtisadiyyatda rolunun artırılması çox
vacibdir. Əlbəttə ki, bunun üçün qanunvericilik bazası yaradılmalı idi. Qeyd etmək lazımdır ki, bu
sahədə çox mühüm qanunlar qəbul olunmuş, beynəlxalq konvensiyalar qəbul edilmişdir. Bəzən sual
olunur, qadınların işgüzar və intellektual potensialından istifadə etməyin hansı nəticələri ola bilər?
Cavab çox sadədir: əhalinin məşğulluq səviyyəsi artacaq, sahibkarlıq fəaliyyəti inkişaf edəcək,
əhalinin rifah halı yaxşılaşacaq, orta təbəqə daha da güclənəcək. Eyni zamanda, qadınların iqtisadi
cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Araşdırmalar göstərir ki, az təhsilli və
iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalması faizi daha çoxdur. Belə qadınlar fiziki,
psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər.
Ölkə başçısı İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu əsas vəzifə və tövsiyələrə
əsaslanaraq görülən işlərin nəticəsində qadın sahibkarların sayı ildən-ilə artır. Xüsusilə də, regionları
da əhatə edən layihələr nəticəsində qadın məşğulluğu yüksəlməkdədir. Bu isə öz növbəsində qadınların
iqtisadi həyatda iştirakçılığının təmin olunması və eyni zamanda, əlavə yeni iş yerlərinin yaranmasına
səbəb olur. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə
həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının inkişafına müsbət təsir göstərir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf kursunu yüksək
dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi
siyasətin uğurları sayəsində Azərbaycan dövləti bu gün tarixinin ən böyük yüksəliş dövrünü
yaşamaqdadır. Ümummilli Liderin layiqli varisi, dövlətimizin başçısı İlham Əliyev bu məsələlərdə yeni
və müasir yanaşma yolları arayaraq Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasətini uğurla həyata
keçirir.
Rüfər Şahəliyev,
Sabirabad rayon sakini, fəal gənc