isaznow.com
Az Iw En Ru

Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər

Azərbaycanda hərbi səfərbərlik (1941) –Faşist Almaniyasının təcavüzkar məqsədlərinə qarşı
Azərbaycanın hərbi,Siyasi və iqtisadi potensialının səfərbər olunması.1941-ci il iyunun 22-də faşist
AlmaniyasıSSRİ-yə xaincəsinə basqın etdi. 1940-cı il Dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum
–“Barbarossa planı” ildırımsürətlimüharibə strategiyasına əsaslanırdı.Məqsəd güclü, qəfil zərbə ilə
sovet ordusunu darmadağın etmək, qışa qədərArxangelsk-Həştərxan xəttinə çıxmaqidi.Hitler
Almaniyasının qəsbkarlıq planındaAzərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan
türkdilliXalqları –“müsəlman monqoloidləri,dağıdıcı qüvvə” hesab edən Hitler “Mənim mübarizəm”
kitabında yazırdı ki,“onlar ali irqin qullarına çevrilməlidirlər”.Almaniya hakimiyyəti Bakı neftini ələ
keçirməyi Şərqdə istilaçılıq siyasətinireallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin
“Qafqazın idarə olunması planı”na görə Azərbaycanda idarəedici orqan – “komissarlıq” yaradılmalı və
iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Faşist AlmaniyasıSovetlər
üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk
xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq “Böyük Türküstan” dövlətiyaradılması
planlaşdırılırdı. Bu dövlətinərazisinə Şimali və Cənubi Azərbaycanlabərabər, Orta Asiya,
Qazaxıstan,Başqırdıstan, Tatarıstan, Krım, ŞimaliQafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması
nəzərdə tutulurdu.
Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında
çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr
ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və
qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların
isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.
Artıq 78 ildir ki, 9 may – faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə
heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu
Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox
uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən
çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə
göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.
Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli
tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki,
Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm
amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda
hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu.
Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi,
texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri
tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda
istehsal edilirdi…».Bu gün Qələbənin 78 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub
edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa
xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail
olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin
qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.İki dəfə
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun,
Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin
həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan
hərəkatının fəal iştirakçısı, «Fransanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüş Əhmədiyyə
Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın,
gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, tarixə
düşmüşdür.
Həmin illər dövlət təhlükəsizlik orqanlarının bir sıra əməkdaşları da könüllü olaraq cəbhəyə
yollanmış, misilsiz şücaətlər göstərmişlər. Onlardan Əbdül Əliyevin, Həcər Əliyevanın, Əbdüləli
Hacıyevin, Fərhad Əliyevin və başqalarının adlarını çəkmək olar. Əbdül Əliyev, Əbdüləli Hacıyev və
Həcər Əliyeva müharibədən sonra vətənə dönmüş və dövlət təhlükəsizlik orqanlarında xidmətlərini

davam etdirmişlər. Fərhad Əliyev isə 1943-cü ildə əsir düşmək təhlükəsi ilə üzləşmiş, düşmən əlinə
keçməmək üçün özünü güllələmişdir.
Sonradan təhlükəsizlik xidməti polkovniki rütbəsinə qədər yüksəlmiş Əbdüləli Hacıyevin
müharibə başlayanda 21 yaşı vardı. Azərbaycan Sənaye İnstitutunun 4-cü kurs tələbəsi idi. Alman
faşistlərinin heç bir xəbərdarlıq etmədən SSRİ-yə basqını bütün yaşıdları kimi Əbdüləlinin də arzularını
alt-üst etdi. «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı onun da həyat devizinə çevrildi. O da
digər həmvətənlərimiz kimi ilk günlərdən Vətənin köməyinə tələsdi. 1941-ci ilin avqustunda ordu
sıralarına çağırılan Əbdüləli Hacıyev 1946-cı ilin iyulunadək Zaqafqaziya cəbhəsindəki atıcı
batalyonun tərkibində ağır döyüş yolu keçdi. Cəsurluğu, qorxmazlığı ilə fərqlənən gənc Əbdüləli
döyüşlərin birində ağır yaralandı. Sağalandan sonra atıcı alayına tabor komandiri təyin edildi. Cəbhədə
göstərdiyi fədakarlığa görə bir sıra yüksək mükafatlarla, o cümlədən «Şərəf» ordeni və çoxlu sayda
medallarla təltif olunub.
Fəxrlə qeyd etmək olar ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ön cəbhə ilə
yanaşı, arxa cəbhədə də yüksək peşəkarlıq nümunələri göstərmişlər. 1941-45-ci illər müharibəsi
dövründə Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları faşistlərin müxtəlif kəşfiyyat
məktəblərini bitirmiş 200-dən artıq kəşfiyyatçı casuslarını aşkara çıxarmış və həbs etmişdir. Onlardan
31 nəfər Auşvis kəşfiyyat məktəbini, 25 nəfər Lyukenvald məktəbini, 12 nəfər Tavel məktəbini, 14
nəfər Zamberq məktəbini, 12 nəfər Tennel məktəbini bitirmiş, 13 nəfər Gestaponun, 6 nəfər isə
«Dromidar-Abver» qrupunun casusu idi. Həmin dövrdə habelə döyüşən Sovet ordusunun arxasında
təyyarə ilə göndərilmiş və faşistlərin kəşfiyyat tapşırıqlarını əməli surətdə həyata keçirən 37 casus
aşkar edilmişdi. Müharibə illərində düşmən kəşfiyyatı Azərbaycan ərazisinə də təyyarələrdən paraşütlə
casuslar göndərmişdir. Lakin Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşları daim sayıqlıq nümayiş
etdirərək onları ifşa etmişlər. Məhz onların gərgin səyi və yüksək peşəkarlığı nəticəsində respublikanın
rayonlarında və Bakı şəhərində 28 belə təxribatçı-casus tutulmuşdu.
Bütün bu casuslar dəmir yollarında, hərbi sənaye obyektlərində təxribat törətmək, kəşfiyyat
məlumatları toplamaq və bu məlumatları faşistlərin kəşfiyyat mərkəzlərinə çatdırmaq tapşırıqlarını
almışdılar. Həmin tapşırıqları yerinə yetirmək üçün onlar partlayıcı maddələrlə, silahla, qumbaralarla,
müxtəlif saxta sənədlərlə və hər biri 10-15 min rubl məbləğində pulla təchiz olunmuşdular. Aşkar
edilib tutulmuş bütün alman agentləri güllələnməyə məhkum olunmuş və hökm agentlərin tutulduğu
rayonlarda yerli əhalinin iştirakı ilə yerinə yetirilmişdir.
İndi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi
şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik  tərbiyəsində mühüm amilə
çevrilib. Ona görə də hər il 9 may – Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur.
Bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz
hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların və qızların adları yaddaşımızdan
silinməz və bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


22:29 08.05.2023