

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada “Böyük Avrasiya geosiyasətinin
formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda
iştirak edərək, burada ənənəvi olaraq, çox mükəmməl çıxış edib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrasda prezident İlham Əliyev
beynəlxalq aləmdə baş verən kürəsəl peoseslər və ildən-ilə enerji ehtiyacları və artan çağırışlar,
regionumuzdakı təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması haqqında çox geniş və ətraflı danışıb: “Əslində cənab İlham Əliyevin çıxışının və
xarici iştirakçılar tərəfindən ünvanlanmış hər sualın cavabının hər birinin xüsusi şərhə ehtiyac var.
Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı
sualları çox əhatəli şəkildə cavablandırdı. Prezidentin səsləndirdiyi fikirlər və verdiyi cavablar bir sıra
qaranlıq məsələlərə işıq saldı, regionun gələcəyi ilə bağlı aydın baxışlar formalaşdırdı”.
Şuşada keçirilən beynəlxalq konfrasda diqqətçəkən məqamlardan biri də prezidentin bölgədə
Azərbaycan-İran münasibətlərinin hazırkı durumu ilə bağlı səsləndirdiyi cavab idi: “Prezident
Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyətinin kifayət qədər gərgin olduğunu qeyd etdi.
Dövlətimizin başçısı bu münasibətlərin müharibə öncəsi, müharibə dövrü və müharibədən sonrakı
zaman üçün fikirlərini bildirərkən rəsmi Tehranın Ermənistanın yanında olduğunu , onu müdafiə
etdiyini, hətta işğalçı Ermənistanın ərazi bütövlüyünün İranın qırmızı xətti olduğu mövqeyini də
xatırlatdı. Prezident Azərbaycan-İran arasındakı bu gərgin münasibət fonunda
İranda Azərbaycan diplomatik korpusunda həyata keçirilən terror aktının baş verməsinə də kəskin
münasibətini bildirdi və bu qanlı olayın beynəlxalq hüquq çərçivəsində qəbuledilməz adlandırdı. O
qeyd etdi ki, məlum hadisədən sonra İran-Azərbaycan münasibətiləri son dərəcə gərginləşib.
Dövlətimizin başçısı bu cinayət hadisəsinin İranın ali siyasi, hərbi rəhbərliyinin üzərinə düşdüyünü
qeyd etməklə, Azərbaycan dövlətinin hər zaman qonşularla münasibətlərin normal inkişafına maraqlı
olduğunu, İranın isə açıq və aydın şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yeritdiyini bildirdi”.
İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda bir daha bu məsələyə toxunması İranla
münasibətlər və onun normallaşdırılması məsələsində Azərbaycanın maraqlı olduğunu göstərir.
Dediyinə görə. bununla bərabər, prezident son zamanlar İran tərəfindən müəyyən məktubların və
telefon zənglərinin də gəldiyini və bunların qismən də olsa müsbət proseslər olduğunu qeyd etdi: “O,
bütün bunlara baxmayaraq münasibətlərin gərginləşməsinə gətirib çıxaran səbəblərin İran tərəfindən
aradan qaldırılmadığını da qeyd etdi. Rəsmi İranın bu istiqamətdə konkret addım atmaq istəmədiyini və
hər şey İranın davranışından asılı olduğunu səsləndirən prezidentimizin bu fikirləri əslində İran tərəfi
üçün çox ciddi mesajlardır”.
Dövlətimizin başçısının konfrasda çıxışında və suallara verdiyi cavablarında qırmızı xətlə qeyd
etməli olduğumuz qürurverici məqamlardan biri də onun bir daha səsləndirdiyi “Azərbaycanla heç kəs
güc, hərb və təyziq dili ilə danışa bilməz” mesajlarıdır: “Prezidentimiz bu fikirləri ilə bir daha bəyan
edirdi ki, Azərbaycanla ancaq qarşılıqlı hörmət və faydalı əməkdaşlıq münasibətləri qurmaq
mümkündür. Azərbaycan- İran münasibətlərində isə münasibətlərin normallaşması və ya əvvəlki
səviyyəyə qayıdışı İranın davranışından, atacağı müsbət addımlardan asılıdır”.
“Prezidentimizin Qarabağa səfəri, eləcə də Şuşada keçirilən beynəlxalq konfrasdakı çıxışı və
suallara cavabı bir daha göstərdi ki, Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatiya Avrasiya
məkanında yeni formalaşan geosiyasətdə ən əsas amillərdən biridir.
Vusal Ağazadə,
Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin təsərrüfat müdiri, Sabirabad rayon sakini