

Xalqı üçün yaşayıb, bütün mənalı ömrünü xalqın rifahı, gələcəyi naminə həsr edənlər, taleyüklü
dönəmlərdə xalqına arxa, kömək olanlar, xoş gələcəyi naminə çalışanlar xalqın yaddaşında əbədiləşir, tarixləşir.
Belə bir xoş taleli ömür yaşamaq qisməti zamanın fövqündə dayanmağı bacaran insanlara qismət olur. Bax belə
bir ömür yaşamaq xalqının ümummilli liderinə çevrilmiş Ulu Öndərimiz, dünya azərbaycanlıların birlik simvolu,
alovlu vətənpərvər Heydər Əlirza oğlu Əliyevə qismət olmuşdur. Zamanından asılı olmayaraq dahi rəhbərin
dövlətimiz və dövlətçiliyimiz naminə gördüyü çox mühüm işlər hər bir azərbaycanlının qürur, şərəf mənbəyinə
çevrilərək daim xatırlanacaqdır.
Ulu Öndərimizin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də təhsilimizin inkişafına xüsusi
qayğı göstərməsi idi. Təsadüfi deyil ki, onun respublikamıza ilk rəhbərliyi dövrü: - 1969-1982-ci illər
Azərbaycan elm və mədəniyyətinin intibah dövrü olmuşdur. Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə yenidən
qayıdışı ilə Azərbaycanda ictimai–siyasi sabitliyin, mədəni dirçəlişin əsası qoyuldu. Ulu Öndər
müstəqilliyimizin təhsilimiz üçün yaratdığı imkanları yüksək qiymətləndirərək deyirdi: - “Dövlət müstəqilliyinin
xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin
tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq“.
Ümummilli Liderimiz təhsil sisteminin inkişafında müəllim əməyinə, müəllim şəxsiyyətinə xüsusi önəm
verməklə yanaşı, cəmiyyətimizin inkişafı naminə müəllimlərin üzərinə düşən vəzifələrdən bəhs edərək deyirdi: -
“Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır: - Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan,
qüdrətli dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər
an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil
yetişdirmək“. Belə bir möhtəşəm ideyaları həyata keçirmək üçün təhsilimizin dünya standartları səviyyəsinə
çatdırılması vacib idi. Bu səbəbdən də Ulu Öndər 15 iyun 1999-cu ildə “Azərbaycan Respublikasında təhsil
sahəsində islahat proqramlarının təsdiqi haqqında “ 168 nömrəli sərəmcan imzaladı. O gündən başlayaraq
təhsilimizin dünya təhsil sistemininə inteqrasiyası uğurla davam etdirilməkdədir.
Bu gün Heydər Əliyev siyasi xəttinin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də
təhsilimiz qarşısında xidmətlərini saymaqla qurtarmaz. 14 dekabr 2005-ci ildə Milli Elmlər Akademiyasının 60
illiyinə həsr olunmuş təntənəli yığıncaqda möhtərəm Prezidentimiz cənab İlham Əliyev nitqində bəyan etdi ki,
Azərbaycan elminin inkişafına dövlət qayğısı daha da artırılacaqdır. Dövlət başçımızın təhsilə göstərdiyi
diqqətin ən önəmli təzahürləri kimi 2006-cı ilin fevralında 2006-2010-cu illəri əhatə edən “Xüsusi istedada malik
olan uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı “ 2007-ci ilin 4 sentyabrında
“ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatının təsis edilməsi haqqında” sərəncamı, 2008-ci ilin
yanvarında “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında” sərəncamı və digər bu kimi sənədləri göstərmək olar. Təhsilimiz sahəsində
imzalanan bu kimi sənədlər təhsilimizin inkişaf dinamikası, inkişaf Proqramlarıdır desək heç də yanılmarıq.
Azərbaycanın birinci xanımı, birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti və
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da Azərbaycan xalqı, Azərbaycan
təhsili qarşısında xidmətləri ölçüyəgəlməz qədər genişdir, səmərəlidir. Mehriban xanımın rəhbərliyi ilə Heydər
Əliyev Fondu hesabına, “Yeniləşən Azərbaycana yeni məktəb“ devizi ilə müasir standartalara cavab verən yeni-
yeni məktəblər istifadəyə verilmiş və verilməkdədir. Rayonumuzda yenidən qurulan, yaxud yenidən inşa olunan
ən müasir standartlara cavab verən onlarca tədris ocaqları sakinlərimizin istifadəsinə verilmiş H.Z.Tağıyev adına
6 saylı, M.Ə.Sabir adına 1 saylı, Qaratəpə, Əsgərbəyli, Yuxarı Axtaçı, Moranlı, Çölbeşdəli, Çöl Ağammədli,
Nərimankənd, Nizami, Ulucalı, Mürsəlli, Türkədi, Narlıq, Qalaqayın, Kovlar, Qasımbəyli, Çığırğan, Yaxa
Beşdəli, Qarağac, Qəfərli, Qaragünə və sairə kimi məktəbləri göstərmək olar.
Əminəm ki, təhsilimizə dövlət qayğısının daima göstərilməsi təhsilimizin daha da inkişafına, dünya
təhsil sistemində ön sıralarda olmasını təmin edəcəkdir.
Şagirdlərimizin dünya fənn olimpiadalarında ilbəil çoxlu sayda qızıl, gümüş, bürünc medallar
qazanmaları, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərinə yüksək göstəricilərlə qəbul olunmaları
təhsilimizə dövlət qayğısının nəticə və təzahürləri kimi qiymətləndirilməlidir.
Pəhlivan Qarayev,
Sabirabad Təhsil sektorunun müdiri